Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Yeni neft erasının mənfəətini bilavasitə Azərbaycan xalqı gördü" – Hikmət Hacıyev

25 il öncə Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası əsasında Azərbaycan tərəfindən çox çətin bir geosiyasi dövrdə ölkəmizin üzləşdiyi təhlükələrin və risklərin fonunda beynəlxalq aparıcı şirkətlərlə “Əsrin müqaviləsi” imzalandı və Azərbaycan uğurlu enerji strategiyasının, enerji diplomatiyasının əsasını qoydu

PİA.az-ın məlumatına görə, bunu Prezident Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan neft istehsalçısı ölkəsi olmasına baxmayaraq uzun illər neft bir çox hallarda Azərbaycan xalqının bilavasitə mənafeyinə xidmət etməyib: “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni bir neft erası başladı ki, bunun da nəticə etibarı ilə mənfəətini bilavasitə Azərbaycan Respublikası, Azərbaycan xalqı gördü. Azərbaycanın həyata keçirdiyi uğurlu enerji strategiyası ölkəmizin müstəqilliyinin, ölkəmizin çiçəklənməsinin, iqtisadi inkişafının təməli olmaqla bərabər beynəlxalq müstəvidə də, regional müstəvidə də enerji təhlükəsizliyinə ciddi şəkildə töhfə verən bir amil olmuşdu. Azərbaycanın enerji strategiyasının vacib təməl prinsiplərindən biri də onun şəffaf şəkildə və uğurlu şəkildə idarə olunması mexanizmidir. Bu gün Azərbaycanın enerji strategiyasının növbəti vacib bir təməl nöqtəsi vardır ki, Azərbaycan artıq qaz ixrac edən ölkədir. TANAP və TAP layihələri artıq özünün icrasının son mərhələlərinə qədəm qoymaqdadır və biz də ümid edirik ki, tərəf müqabillərimizlə birlikdə bu layihənin də tezliklə məntiqi sonuna çatdırılmasına nail olacağıq və Azərbaycan özünün qaz resursları ilə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcəkdir. Beynəlxalq enerji bazarında Azərbaycan etibarlı tərəfdaş kimi tanınır".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar