Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Yeni Klinika"nın sabiq direktoru apellyasiya şikayəti verib

"Yeni Klinika” Publik Hüquqi Şəxsin həbsdə olan sabiq direktoru Pərviz Abbasov və digərləri - Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov, Samir Mirzəyevin barələrində olan hökmdən apellyasiya şikayəti verilib.

Məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin baxış iclası fevralın 2-nə təyin edilib.

Cinayət işi hakim İlqar Murquzovun icraatına verilib.

Təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, ittiham aktına əsasən, P.Abbasovun həmin vəzifədə işləyərkən Q.Nəcəfov, V.Əliyeva, Ə.Hüseynov və S.Mirzəyevin köməkliyi ilə COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib.

Həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Abbasov 8 il 6 ay, “Buta” klinikasında həkim-radioloq işləmiş Q.Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi olmuş Ə.Hüseynov və S.Mirzəyevin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə "Viola” MMC-nin meneceri V.Əliyevaya isə iki il sınaq müddəti təyin edərək şərti cəza verib.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar