Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Yaxın vaxtlarda Gəncə hadisələrində Elçibəyin mövqeyi ilə bağlı sensasion material yayacağam" - Pənah Hüseyn

Bu statusdan əvvəl Prezident Ə. Elçibəyin 07 iyun 1993- cü il tarixində Prezident iqamətgahında Gəncə hadisələrinə həsr edilmiş hökumət müşavirəsində çıxışını dərc etdim

Həmin müşavirədə o vaxtkı hökumət üzvlərinin, nazirlərin, komitə sədrlərinin, hüquq- mühafizə orqanlarının, hərbi komandanlığın bütün rəhbər heyəti iştirak edib.

Hadisələr haqqında Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, habelə Səhiyyə nazirlərinin hesabat- məlumatları dinlənilib. Müşavirədə Prezident, Ali Sovetin Sədri, Baş Nazir çıxış ediblər.

Hesabat məlumatlarda və çıxışlarda Gəncədə 04. iyunda başlamış hadisələrə siyasi, hərbi, hüquqi və qeopolitik istiqamətlərdə qiymət verilib, baş verənlər dövlətə qarşı qiyam kimi dəyərləndirilib və xalq, dövlət aparatı dövlətin başını almış təhlükəyə qarşı səfərbər olmağa, müqavimətə çağrılıb. Həmin müşavirədə Baş Nazirin çıxışı müşavirədən dərhal sonra AZ TV- də gedib. Prezidentin çıxışının bu dərci hadisələr başlanan kimi rəhbərlik özünü itirmişdi, və ya hakimiyəti kiməsə verilməyə hazırlaşılırdı, niyə xalqa hökumətə müraciət edilmədi, hadislər haqqında hətta nazirlərə də məlumat verilmədi v.s. iddialarla çıxış edənlərə (sonradan mən belə idiaları hətta həmin müşavirə iştirakçılarından bəzilərinin dilindən də eşitmişəm- P. H.) bir cavabdır. Sonrakı nəsil Prezidentin bu çıxışından ümumiyyətlə xəbərsizdir. Hamını diskussiyaya dəvət edirəm.

Hadisələrdə (05- 08 iyun 1993 tarixlərində) Prezident Elçibəyin və siyasi rəhbərliyin mövqeyi və konkret hərəkətləri haqqında təsəvvür yaradacaq başqa bir sensasion materialı yaxın vaxtda dərc edəcəm.(moderator.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar