Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar”

Pensiyalarla bağlı əhaliyə şad xəbər...

"Pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar”.

PİA.az xəbər verir ki, bunu Sosial və İqtisadi İnkişaf Mərkəzinin (CESD) rəhbəri Vüqar Bayramov qeyd edib.

İqtisadçı ekspert bildirib ki, son günlər CESD-ə pensiya məbləğlərinin necə indeksasiya olunacağı ilə bağlı daha çox suallar ünvanlanır: "Qeyd edək ki, hər ilin yanvarında pensiya və eləcə də pensiya kapitalının indeksasyası həyata keçirilir. Mövcud qanunvericiliyə əsasən, pensiya məbləğləri əvvəlki ildə orta aylıq əmək haqqıdakı artımlara, pensiya kapitalı isə infilyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunur. Bu o deməkdir ki, pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar. Pensiya kapitalı olan, amma hələlik pensiya yaşı çatmayan vətəndaşlarımız yığımı isə infilyasiya göstəricisi ilə indeksasiya olunub artırılacaq”.

Ekspert qeyd edib ki, hələlik, pensiya məbləğlərinin indeksasiya məbləği dəqiqləşməyib: "Çünki bu rəqəm il başa çatandan sonra müəyyənləşir. Gözlənilir ki, 2020-ci il yanvarın ikinci yarısı Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqıdakı rəsmi artımı elan etdikdən sonra pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq”.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında orta aylıq əmək haqqı 5,6 faiz artıb. (Yenisabah.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar