Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vladimir Putinin ad gününə verilən orijinal hədiyyələr

Bu gün Rusiya prezidenti Vladimir Putinin 67 yaşı tamam olub...

Bu gün Rusiya prezidenti Vladimir Putinin 67 yaşı tamam olub. Dövlət başçısının doğum gününü təbiət qoynunda yaxınları və dostlarının əhatəsində keçirəcəyi bildirilir.

Prezidentin doğum günündə fərqli və maraqlı hədiyyələr alması təəccüblü deyil. Onlardan bəziləri bizə məlumdur. Belə ki, 2002-ci ildə Vladimir Putinin 50 illik yubileyi Kişinyovda MDB ölkələri liderlərinin görüşünə təsadüf edib. Moldova Prezidenti Vladimir Voronin Rusiya dövlət başçısına xatirə olaraq büllur timsah hədiyyə edərək, "timsah geri addım atmayan yeganə varlıqdır" deyib.

2008-ci ildə Rusiyanın Baş naziri Vladimir Putinə ad günü hədiyyəsi olaraq iki aylıq Ussuri pələng balası verilib (hədiyyəni verənin adı açıqlanmayıb). Putinin fikrincə, bu, onun həyatındakı ən orijinal hədiyyə olub. Bir müddət Maşa adlı ev heyvanı Novo-Oqarevoda qalıb. Daha sonra onu Gelencikdəki zooparka aparıblar.


2017-ci ildə növbəti orijinal hədiyyə İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan olub.

Soçidə, oktyabrın 7-də Rusiya prezidenti italyan siyasətçi ilə görüş zamanı üzərində Putin və Berluskoninin Müqəddəs Basil kilsəsi və Kolizey fonunda əl-ələ tutması təsvir edilən yorğan örtüyünü hədiyyə alıb.


Bundan bir neçə gün sonra Türkmənistan prezidenti gecikmiş hədiyyəsini təqdim edib: “Sadiq” adlı alabay küçüyü.

pia.az


Etiket: Vladimir Putin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar