Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Vətəndaşlarımızı böyük aksiyaya qoşulmağa dəvət edirik"

Rəisdən Bakı sakinlərinə müraciət...

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə ictimaiyyətə müraciət ünvanlayıb.

Baş İdarədən verilən məlumata görə, qurumun rəisi Raqif Abbasov yaşından, vəzifəsindən asılı olmayaraq hər kəsi aksiyaya qoşulmağa dəvət edərək deyib: “Noyabrın 9-da ölkəmizdə Dövlət Bayrağı Günü qeyd olunacaq. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi olaraq paytaxt sakinlərini, gəncləri, vətəndaşlarımızı böyük aksiyaya qoşulmağa dəvət edirik. Həmin gün əhalini inzibati binalardan, evlərdən, eyvanlardan, nəqliyyat vasitələrindən üçrəngli bayrağımızı asmağa dəvət edir, həmrəy olmağımızı, milli atributumuz olan bayrağa sevgi və hörmətimizi, aksiya vasitəsilə tezliklə üçrəngli bayrağımızı Qarabağımızda, Xankəndidə asacağımıza hamımızın həmrəy olduğunu göstərməyə çağırış edirik”.

R.Abbasov Baş İdarə tərəfindən bayramla əlaqədar bir neçə tədbirlərin də keçiriləcəyini vurğulayaraq bildirib: “Dövlət Bayrağı Günü ilə bağlı Sabunçu rayonunun Nardaran qəsəbəsində veloyürüş keçiriləcək, Gəncliyə Yardım Fondunda “Mənim bayrağım” adlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılacaq. Orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında Azərbaycan gəncliyinin dövlət bayrağına sevgisinin artırılması məqsədilə “dəyirmi masa”lar və digər tədbirlər təşkil olunacaq. (Yenisabah.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar