Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Vaşinqton Qarabağ məsələsində təşəbbüsü Moskvanın əlindən almaq istəyir"

"Rəsmi Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində təşəbbüsü Moskvanın əlindən almaq istəyir"

Bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov ABŞ dövlət katibinin Dağlıq Qarabağ məsələsi üzrə xarici işlər nazirləri səviyyəsində danışıqların növbəti mərhələsinin Vaşinqtonda keçirilməsinə dair təklifini şərh edərkən bildirib.

"Vaxtilə Rusiya Suriyaya qoşun yeritdi və İŞİD ilə müharibəyə başladı. ABŞ da dərhal oraya qoşun göndərdi və koalisiyanın başında İŞİD-ə qarşı real mübarizə aparmağa başladı. Bir növ İŞİD-ə qarşı döyüşənlərin yarışması formalaşdı", - S.Markov deyib.

Onun fikrincə, rəsmi Vaşinqton Dağlıq Qarabağ məsələsinin nizamlanmasında Rusiyanın vasitəçiliyinin real nəticə verəcəyini görən kimi Moskvanı qısqanıb.

"Bəlkə indi Qarabağ məsələsinin həlli üzrə sülhməramlıların rəqabəti başlayar", - rusiyalı ekspert bildirib.

“Report”un məlumatına görə, nizamlama perspektivləri barədə danışan politoloq münaqişənin həllinə ümid etdiyini vurğulayıb: "Düşünürəm ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda artıq bu il ciddi irəliləyişə nail olunmasına dair yaxşı şanslar var".

pia.az


Etiket: Sergey Markov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar