Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Uşaq bağçalarına qəbulun elektronlaşması korrupsiya halını aradan qaldıracaq" 

Bakının Nizami rayonunda uşaq bağçalarına uşaqların qəbulu ilə bağlı elektron sistem tətbiq edilir...

Pilot layihə bu ilin əvvəlindən tətbiq edilməyə başlayıb və toplanmış təcrübənin gələcəkdə elektron sistemin paytaxtın digər rayonlarında tətbiqi zamanı istifadə edilməsi planlaşdırılır.

Ekspertlər hesab edirlər ki, bağşalara qəbul prosesində elektron sistemin tətbiqi bu sahədə olan bürokratiya, korrupsiya və digər neqativ halların aradan qaldırılmasına, şəffaflığın və hesabatlılığın təmin olunmasına səbəb olacaq. Onlar bildirir ki, qəbulun elektron olması korrupsiya halını aradan qaldıracaq.

Hüqiq müdafiəçisi, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Report”a açıqlamasında bildirib ki, istənilən halda, elektronlaşmanın pozitiv tərəfləri var:

“Elektronlaşma birbaşa təması aradan qaldırır, korrupsiya imkanlarını məhdudlaşdırır, prosesə daha şəffaflıq verir, eyni zamanda hesabatlılığın təmin olunmasına yeni imkanlar yaradır. Uşaq bağçalarına qəbulla bağlı Nizami rayonunda belə bir pilot layihənin keçirilməsi alqışlanmalıdır. Çünki heç kimə sirr deyil ki, inzibati sferada ən çox korrupsiyaların baş verdiyi məkanlardan biri də uşaq bağçalarıdır. Yəni çox zaman bağça müdirləri boş yerləri gizlədirlər. Uşaq bağçalarına isə ehtyiyac böyükdür və Bakı şəhərində məktəbəqədər təhsil müəssisələri yalnız 27 faiz ehtiyacı ödəyir. Çox sayda uşaqlar var ki, onlar dövlət bağçalarına düşə bilmirlər. Özəl bağçalarda isə qiymətlərin xeyli baha olması bir çox vətəndaşa uşaqlarını həmin bağçalara qoymağa imkan vermir”.

Əliməmməd Niriyev bildirir ki, elektron sistemin tətbiqi ümumilkdə prosesin şəffaflığına xidmət edəcək:

“Bu sistem tətbiq olunan zaman əvvəlcədən bilinəcək ki, hansı bağçada nə qədər boş vakansiya var. Bununla da qəbulda növbəlilik qaydaları pozulmayacaq, müdirin özbaşınalığına gətirib çıxarmayacaq”.

Hüquq müdfafiəçisi hesab edir ki, uşaq bağçaları ilə bağlı bütün məlumatlar ictimaiyyət üçün açıq olmalıdır.

“Yəni, uşaqların gündəlik rejimi, hansı işləri görməsi, hansı proqramlarla təlim-tərbiyə prosesinin aparılması, hansı qidaların verilməsi və s. İnformasiyalar əlçatan olmalıdır. Çünki dövlət bağçalarına qida və s. xərclər üçün kifayət qədər vəsait ayrılır. Əlbəttə ki, hər kəsin qanunvericilikdə nəzərdə tutulmuş standartlara uyğun özəl bağçalar açmaq hüququ var. Amma müşahidə edirik ki, dövlət uşaq bağçalarının əksəriyyətində ayrı-ayrı vəzifəli şəxslərin həyat yoldaşları, yaxın qohumları müdir vəzifəsində işləyirlər və onlar da vəzifələrindən sui-istifadə edərək, uşaq bağçalarına öz fərdi müəssisələri kimi yanaşırlar. Bu prosesdə də şəffaflıq lazımdır. Eyni zamanda bağçalara işə qəbulda da ictimai nəzarətin gücləndirilməsi lazımdır. Düzdür, bağçalara dövlət tərəfindən nəzarət var, amma vəzifəli şəxslərin yaxın qohumların bağşalarda rəhbər kimi fəaliyyət göstərməsi dövlət nəzarətinin zəifləməsinə səbəb olur”.

Ekspert bildirir ki, həm təhsil, həm də məktəbəqədər tərbiyə müəssisələri ilə bağlı xidmətlərin elektronlaşması bütövlükdə şəffaflaşma üçün töhfə olacaq:

“Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planını hazırlanır və orada əsas tədbirlərdən biri də məktəbəqədər müəssisələr, uşaq bağçaları üçün xidmətlərin elektronlaşmasıdır. Çünki bağçalara qəbul prosesində olan neqativliklər vətəndaşların ilk qarşılaşdığı və daha çox rast gəldiyi korrupsiya hallarındandır. Bu proses hələ də məhdudlaşmayılb və hesab edirəm ki, elektron sistemin tətbiqi bütövlükdə şəffafdlığın, hesabatlılığın təmin edilməsində, korrupsiyaya qarşı mübarizədə yeni bir element ola bilər”.

Təhsil eksperti Etibar Əliyev də “Report”a bildirib ki, bağçalara qəbul zamanı eletronlaşmanın tətbiqi müsbət prosesdir:

“Məktəbəqədər hazırlığa və orta məktəblərin 1-ci sinifinə qəbul prosesi artıq bir neçə ildir elektron sistemlə aparılır və kifayət qədər şəffaf şəkildə həyata keçirilir. Hesab edirəm ki, bu sistemin uşaq bağşalarına da tətbiq edilməsi yaxşı nəticəyə səbəb olacaq. Ümumiyyətlə, Bakı şəhərində uşaqların məktəbəqədər müəssisələrə cəlb edilməsi faizi çox aşaığdır. Bu da uşaq bağçalarının sayının az olması və yerin çatışmaması ilə bağlıdır. Belə bir vəziyyət isə neqativ halların yaranmasına şərait yaradırdı. Ona görə də, qəbulda elektron sistemin tətbiqi bu məsələdə müəyyən şəffaflığa səbəb olacaq”.

Ekspert bildirir ki, uşaq bağçaları ilə bağlı olan problemlərdən biri də bu müəssiələrdə heç bir monitorinqin aparılmamasıdır. “Çünki icra hakimiyyətləri bu müəssiələri bir qədər qapalı mühitə çeviriblər. Ona görə də indiyədək hər hansı bir məktəbəqədər təhsil müəssisəsində nə qəbul, nə də təlib-tərbiyənin keyfiyyəti, vəziyyəti ilə bağlı hər hansı montorinqə rast gəlıməmişəm. Ona görə də qəbulda şəffaflıöğın təmin olunması üçün elektronlaşmanın tətbiqi ilə yanaşı, bu müəssilərdə monitorinqlərin keçirilməsinə şərait yaradılması da məqsdəuyğun olardı”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar