Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ürək xəstələrinin 70%-dən çoxunda şəkərli diabetə rast gəlinir"

Elmi-Tədqiqat Kardiologiya İnstituna müraciət edən ürək xəstələrinin 70 faizindən çoxunda şəkərli diabetə rast gəlinir...

Bunu institutun direktoru Gülnaz Dadaşova deyib.

Onun sözlərinə görə, şəkərli diabet ürək xəstəliklərinin ağırlaşmasının, eləcə də ürək xəstəliklərinin yaranmasının ən əsas risk faktorlarından biridir: "Xəstələrimizin 70 faizindən çoxunda şəkərli diabetə rast gəlinir. Şəkərli diabetə görə endokrinoloq müalicəsi alan xəstələrin yarısından çoxunda ürək patologiyaları olur. Şəkərli diabet və onun ürəyə təsiri dünya səhiyyəsini narahat edən problemlərdəndir. Bu problemlə yalnız kardioloqlar, endokrinoloqlar deyil, həm də oftalmoloqlar, nefroloqlar, dietoloqla birgə məşğul olmalıdır".

G.Dadaşova əlavə edib ki, şəkərli diabeti olan 3 nəfərdən 2-si ürək xəstəlikləri və ya insultdan dünyasını dəyişir: "Şəkərli diabeti olan insanlarda ürək tutmaları və insult keçirtmək riski şəkərli diabeti olmayan insanlarla müqayisədə 2 dəfə çoxdur. Şəkərli diabet dedikdə ürək xəstəliyi riskini düşünməliyik. Yüksək şəkər, qanda xolesterinin artması ürəyə gələn qanın azalmasına, sonda da ürək xəstəliyinin yaranmasına səbəb olur".

O bildirib ki, siqaret çəkmək də şəkərli diabet olan insanlarda ürək xəstəlikləri riskini 2 dəfə artırır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar