Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ukraynada Saakaşviliyə vəzifə verilməsi qəbuledilməzdir”

“Gürcüstanda məhkum edilmiş və axtarışda olan şəxsə strateji tərəfdaş ölkədə vəzifə verilməsi bizim üçün qəti şəkildə qəbuledilməzdir”...

Bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxariya sabiq Prezident Mixail Saakaşvilinin Ukrayna Baş Nazirinin müavini təyin edilməsi məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, belə bir addım atıldığı təqdirdə Gürcüstan tərəfindən adekvat reaksiya veriləcək.

“Ukrayna xalqı bizimlə qardaş xalqdır və Ukrayna bizim strateji tərəfdaşımızdır. Qısamüddətli siyasi məqsədlər naminə uzunmüddətli siyasəti dəyişmək çətindir. Bununla belə, Gürcüstan üçün strateji tərəfdaş olan ölkədə Gürcüstanda məhkum edilən və axtarışa verilən şəxsi Baş Nazirin müavini təyin edilməsi şəxsən mənim üçün qəbuledilməzdir. Bu cür addım təbii olaraq Gürcüstan tərəfindən adekvat şəkildə cavablandırılacaq”, - deyə G. Qaxaria vurğulayıb.

G. Qaxariya qeyd edib ki, Ukrayna Radası qərarı dəstəkləyəcəyi təqdirdə Gürcüstanın Ukraynadakı səfiri geri çağırılacaq və məsələ ilə bağlı məsləhətləşmələr aparılacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl V. Zelenski M. Saakaşviliyə Ukrayna Baş Nazirinin islahatlar üzrə müavini vəzifəsini təklif edib. Gürcüstanın sabiq Prezidenti və Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin vəzifə təklifini qəbul edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar