Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Üç badam, bir qozun vətəninə çevrilmişik" - Elçin Əlibəyli efirdən uzaqlaşdırıldı

Speys TV-nin mətuat xidmətindən bu haqda açıqlama verilib...

Tanınmış aparıcı Elçin Əlibəylinin sosial şəbəkə hesabında Speys TV-nin efirində getdiyini iddia etdiyi video-paylaşıma televiziyadan rəsmi cavab verilib.

PİA.az xəbər verir ki, Speys TV-nin mətuat xidmətindən verilən məlumata görə, “El bizim, sirr bizim” verilişinin aparıcısı Elçin Əlibəyli sosial şəbəkələrdə normal düşüncəyə və sağlam məntiqə sığmayan video-çağırış yayıb.

“Hesab edirik ki, bu çağırışla Elçin Əlibəyli özü ilə bağlı gülünc fikir yaradıb və belə bir şəxsin Speys TV-də işləməsi tamaşaçılara sayğısızlıq ola bilər. Buna görə onunla bağlanmış müqavilə Speys TV tərəfindən ləğv edilir”,- deyə rəsmi açıqlamada bildirilib.

Qeyd edək ki, iki gün öncə Elçin Əlibəyli Speys TV-nin efirində apardığı “El bizim, sirr bizim” verilişinin çəkilişində vətənimizi və Azərbaycan televiziya məkanını aşağılayan çıxışını paylaşmışdı:

“Xəbəriniz var kimin vətəninə çevrilmişik? Üç badam, bir qozun vətəninə çevrilmişik. İstəməzdim belə olsun. Bu, mənim sizinlə sonuncu görüşümdür. Mən də öz sənətimə, peşəmə dəyər verdiyim üçün “Sənətin, peşənin aşağılandığı yerdə olmaram” şüarını irəli sürürəm. Burada sizinlə, televiziya ilə vidalaşıram”.

Speys TV-nin rəsmisi Kamil Şahverdi E.Əlibəylinin bu sözlərinin efirə getmədiyini, montaj olunan hissənin sosial şəbəkədə yayılma səbəbini araşdırdıqlarını bildirmişdi. (modern.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar