Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Torpaqlarımızın azad olunacağına bir an belə, ümidimi itirmirdim..." - Ayaz Mütəllibovdan təbrik

Azərbaycan Respublikasının ilk  Prezidenti Ayaz Mütəllibov ordumuzun Zəngilan şəhərini, eləcə də Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının bir sıra kəndlərini işğalçı ermənilərdən azad  etməsi, bayrağımızın qədim Xudafərin körpüsünə sancılması və İranla dövlət sərhədlərimizin bərpa olunması  münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci Vitse-prezident Mehriban Əliyeva başda olmaqla  Silahlı Qüvvələrin  komandanlıq və şəxsi heyəti, bütün xalqımız və məxsusən artıq “köçkünlük” adından  qurtulmuş vətəndaşlarımıza təbrik  ünvanlayıb.

Təbrikdə deyilir:

“Torpaqlarımızın işğaldan azad olunması prosesi, xüsusən İranla dövlət sərhədinin bərpası beynəlxalq aləmdə Azərbaycan dövlətinin nüfuzunun daha da artmasına səbəb olan  möhtəşəm, misli görünməmiş  bir hadisədir. İnşallah,  tezliklə Ali Baş Komandanımızın siyasi iradə və qətiyyəti, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın dəyanəti sayəsində işğal altındakı digər şəhər və bölgələrimizin də sakinləri  torpaqlarının azad olunması xəbərini eşidəcəklər...”

“Hələ 1991-ci ildə bir sıra kəndlərimizin erməni terrorçularından azad olunması istiqamətində apardığımız mübarizə, eləcə də işğalçı Ermənistan rəhbərliyi ilə danışıqlar zamanı və ümumiyyətlə, son 30 ilə yaxın dövrdə mən  Qarabağ probleminin Azərbaycanın xeyrinə həll olunacağına, torpaqlarımızın müstəqil dövlətimizin, xalqımızın sarsılmaz iradəsi, əzmi, qətiyyəti sayəsində azad olunacağına bir an belə, ümidimi itirmirdim...

İnşallah,  tezliklə  bayrağımız Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə də dalğalanar və Azərbaycan Respublikasının ərazi bütövlüyü tam şəkildə bərpa olunar.  Ərazi bütövlüyümüz -  müstəqilliyimizin rəmzidir. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Qələbə bizimdir!..” - deyə sabiq dövlət başçısı vurğulayıb. (moderator.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar