Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"The Politico": Afərin, Volodya! Putin NATO-nu dirçəldir

ABŞ-ın “The Politico” qəzetində “Afərin, Volodya! Putin NATO-nu dirçəldir” başlıqlı məqalə dərc ounub. Məqalənin müəllifi qəzetin redaktoru Pol Teylordur.

Novator.az saytının məlumatına görə, müəllif yazır ki, Fransa prezidenti Emmanuel Makronun NATO-nun “beyin ölümü” keçirdiyini dediyi vaxtdan cəmi iki il ötüb, amma alyans son zamanlar Rusiyanın Ukraynaya təhdidləri fonunda yenidən dirçəlib: “ABŞ-ın rəhbərlik etdiyi paslanmış, ancaq etibarlı müdafiə ittifaqı Avropanın təhlükəsizliyinin yeganə qarantı olaraq qalır. Bunun Moskvanın qitədə hökmranlıq etmək üçün ABŞAvropadan qovmaq kimi çoxdankı niyyətinə nə qədər uyğun gəlib-gəlmədiyini isə yalnız Rusiya prezidenti Vladimir Putin bilir. Ancaq Putinin əsl niyyətindən xəbərsiz olanlar bunu ən azı sağlam düşüncəyə zidd mövqe hesab edərlər”.

Məqalədə qeyd olunur ki, Rusiya Ukrayna ilə bağlı nə qərar verirsə versin, əgər Putinin məqsədi Qərb müttəfiqliyini zəiflətməkdirsə, o, yəqin ki, bəzi məqsədlərə nail ola bilib: “Amma Putin özünün deyil, NATO-nun məqsədlərinə çatıb. Birincisi, o, İsveç və Finlandiyanın NATO-ya üzvlük istəklərini və ya ən azından bu variantı gözdən keçirmək niyyətlərini gücləndirib. Bu iki ölkə soyuq müharibə başa çatdıqdan sonra Avropa İttifaqına qatıldı, amma hərbi bloka daxil olmadı. 2014-cü ildə Rusiya Krımı ilhaq edəndən sonra isə İsveç və Finlandiya NATO ilə daha çox əməkdaşlıq etməyə başlayıb.

Bundan əlavə Putinin nümayişkaranə ultimatumları NATO-nun ən passiv üzvlərini belə küncə dirəyib. İndi həmin ölkələr alyansın açıq qapı siyasətini dəstəkləməyə məcburdurlar. Halbuki əvvəllər onlar Ukrayna ilə Gürcüstanın NATO-ya qəbul olunmasını məqsədəuyğun hesab etmirdilər. Artıq Putinin Ukrayna sərhədinə yüz minlik qoşun cəmləməsinə heç kim göz yummaq istəmir”.

Müəllif yazır: “Rusiyanın Ukraynada hərbi əməliyyatları yenidən bərpa edib-etməyəcəyindən (Putin bu məsələdə o qədər dərinə gedib ki, onun sülh yolu ilə geri çəkilməsi üçün böyük güzəştlərə ehtiyacı ola bilər) asılı olmayaraq bu böhran NATO-nun iyunda keçiriləcək zirvə toplantısından sonrakı fəaliyyət dövrünə mütləq təsir edəcək. Həmin toplantıda alyans 10 ildən artıq müddətdə ilk dəfə yeni strateji konsepsiya qəbul edəcək və yeni baş katib seçəcək”.

Məqalədə vurğulanır ki, alyansın əvvəlki strategiyasında Rusiya təhlükəsi öndə getmirdi: “Bu problem Əfqanıstan və İraq kimi uzaq ölkələrdəki terrorla mübarizə, böhranın idarə edilməsi və sabitlik missiyalarından daha az aktual idi. Ancaq indi problem NATO strategiyasının düz mərkəzində yer alır.

NATO-nun sovet hökmranlığını yaşamış şərqli üzvləri ona indi daha çox təzyiq edir. Onlar alyansı hazırkı strategiyasından imtina etməyə və soyuq müharibə dövrünü xatırladan “ön müdafiə” hərbi strategiyasına doğru irəliləməyə sövq edir. Alyans əvvəlki strategiyası çərçivəsində şərq cinahında yalnız cüzi sayda hərbi qüvvə ilə kifayətlənirdi. Hazırkı hərbi strategiya isə Rusiya qoşunlarının Belarusda və Ukrayna ətrafında yerləşdirilməsinə cavab olaraq şərq cinahına əlavə qüvvə toplanmasını nəzərdə tutur.

Artıq bu strategiyanın ilk əlamətləri nəzərə çarpır. Böyük Britaniya Baltik ölkələrinə və Polşaya daha çox qoşun göndərir, Fransa isə Rumıniya üçün də bunu təklif edir. “Şpigel” jurnalının məlumatına görə, alyansın baş komandanı Rumıniyada quru qoşunları qrupu yaratmağı təklif edib. ABŞ çox güman ki, şərq cinahına daha çox dəstək qüvvələri göndərəcək. NATO-nun İspaniya kimi çəkingən üzvləri indi Qara dənizə hərbi gəmilər göndərməyi planlaşdırır.

Yekunda Rusiyanın təhdidləri istər-istəməz NATO-nun Şərqi Avropa ölkələrində hərbi varlığını artırmasına gətirib çıxaracaq və Putinin Qərb qoşunlarını Şərqi Avropa ölkələrindən çıxarmaq tələbi icra olunmayacaq”.

Pol Teylor yazır ki, Avropa ölkələrinin kiçik orduları var və önümüzdəki aylarda şərq cəbhəsinin ehtiyacı Avropa İttifaqının müdaxilə etməli olacağı Afrikanın Sahel və ya Liviya bölgələrinin ehtiyaclarından daha çox olacaq: “Moskvaya qarşı iqtisadi sanksiyaların sərtləşdirilməsi və ya Avropanın Rusiya qazından asılılığının azaldılması məsələsi gündəmə gələrsə, Avropa İttifaqı sözsüz ki, öz rolunu qoruyub saxlayacaq. Ancaq ittifaq danışıqlar masasına əyləşməyəcək və o, Avropa təhlükəsizliyinin gələcək taleyini formalaşdırmayacaq”.

Məqalədə vurğulanır ki, hazırkı böhran NATO-nun gələcək baş katibi postuna kimin seçilməsi məsələsinə də təsir göstərə bilər: “Son iki baş katib Avropa İttifaqının müdafiə qüvvələrində iştirak etməyən Skandinaviya ölkələrinin təmsilçiləri olub.

Bəzi Avropa dövlətləri, xüsusən də Fransa baş katib postuna ittifaqın əsas ölkəsindən olan namizəd irəli sürməkdə qərarlıdır. Bu posta elə adam gəlməlidir ki, onun rəhbərliyi altında avropalı müttəfiqlər tədricən dəyişsin və Avropanın təhlükəsizliyi üçün daha çox məsuliyyət daşısın. ABŞ bu halda müttəfiqlərə təsəlli verməklə arxa planda qala bilər”.

Müəllif sonda yazır: “Ukrayna uğrunda mübarizə uzana, hətta güclənə bilər. Ona görə də Vaşinqton, London və Varşava NATO-ya Rusiyaya qarşı sərt mövqe tutacaq şəxsin, atlantizmin ənənəvi tərəfdarının baş katib seçilməsini tələb edəcək.

Növbəti dörd il ərzində NATO-nun qərargahına yeni soyuq müharibə döyüşçüsü gələrsə, Putin alyansın inkişaf etməsini və Avropanın NATO-da liderliyi ələ keçirməsini arzulayanları deyil, yalnız özünü günahlandırmalı olacaq.

Odur ki, Putinin Avropanın zəif nöqtəsindən və daxilindəki fikir ayrılığından, habelə Amerikanın dəyişkənliyindən və başqa problemlərə köklənmə meyilindən yararlana bilən bir siyasətçi olduğunu düşünmək yetərlidir. Putinin hazırkı böhrandakı davranışı Moskvanın bəyan etdiyi hədəflərə ziddir.

Putin əlində böyük silah gəzdirir, ancaq görünür o, həmin silahı öz ayağına tuşlayıb”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar