Cümə, 04 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Terrorçular bu gün səhərdən etibarən Suriyanın şimalını tərk etməyə başlayıb"

"PKK/PYD və YPG terror qruplaşmaları bu gün səhər saatlarından etibarən Suriyanın şimalında nəzərdə tutduğumuz təhlükəsizlik bölgəsini tərk etməyə başlayıb"...

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu gün səhər Milli Müdafiə naziri Hulusi Akarla telefonla danışdım və o, mənə dedi ki, terrorçular nəzərdə tutduğumuz bölgəni tərk etməyə başlayıblar. Terrorçular 120 saat ərzində Suriyanın şimalını boşaltmalıdır. ABŞ-la əldə etdiyimiz razılaşmada da belə nəzərdə tutulub", Ərdoğan vurğulayıb.

O bildirib ki, Türkiyənin təhlükəsizlik qüvvələri bölgəni tərk etməyəcək və oradakı proseslərə nəzarəti davam etdirəcəklər: "Təhlükəsizlik qüvvələrimiz terrorçuların bölgəni doğurdan da tərk edib-etmədiklərinə nəzarət edəcəklər".

R.T.Ərdoğan bölgədə atışmaların davam etməsi ilə bağlı yayılan məlumatları təkzib edib. O deyib ki, bununla bağlı məlumatlar təxribatlar xarakterlidir və həqiqəti əks etdirmir: "Mən Milli Müdafiə naziri ilə danışdım, o da dedi ki, bölgədə heç bir atışma yoxdur. Bununla bağlı yayılan məlumatlar dezinformasiyadı. Bunlara inanmayın. Əsas məqsəd əldə etdiyimiz razılaşmanın həyata keçirilməsinə dəstək olmaqdır".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlamışdı. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.

Ötən gün ABŞ-ın vitse-prezidenti Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub. O, Ankarada Türkiyə prezidenti R.T.Ərdoğanla görüşüb. Görüşdən sonra bölgədə 120 saat müddətində atəşkəs elan olunması və həmin müddətdə terrorçuların bölgəni boşaltması barədə razılıq əldə olunub.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Türk ordusu Qarabağa gəlməməlidir" - deyən deputatın kimliyi

Deksametazon, antibiotiklər əvəzinə bunları edin - Koronavirusdan sağalan Rəşad Mahmudov

Türkiyədən kritik həmlə: "Zəngəzur məsələsi masada..."

Çavuşoğlu bu davranışı ilə gündəm oldu - Foto

Naxçıvanda toy sərbəstliyi: “Şirinliyi ver, toy elə”

Fransa parlamenti də “dqr”lə bağlı qanunu qəbul etdi

Qarabağda məclis quran məmurlar o gölün varlığından xəbər tutsalar...

ATƏT-in Minsk qrupu Qarabağ məsələsinə dair bəyanat verib

"Balaca Ermənistan Rusiyaya necə dayaq ola bilər?!" - Maksim Şevçenko

“Rusiya Ermənistanı artıq buraxmayacaq” - Erməni ekspert

Koronavirusla qripin fərqi nədir? - TƏBİB açıqladı

Paşinyanın yerinə müxalifətin namizədi - O, xalqımızın soyırımında iştirak edib...

loading...

Ən çox oxunanalar