Çərşənbə axşamı, 28 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Telegram" və "WhatsApp" istifadəçiləri, ehtiyatlı olun: yeni casus proqramı peyda olub

Kibertəhlükəsizlik şirkətləri "FinSpy" casus proqramının yeni versiyasını aşkar edib

Ziyanverici proqram istifadəçinin mobil cihazda demək olar ki, bütün hərəkətlərini izləyir.

Bildirilir ki, "FinSpy" hətta təhlükəsiz sayılan mesajlaşma proqramları ilə göndərilən məxfi ismarıcları belə oxuya bilir.

"Bu proqram artıq "Telegram", "WhatsApp", "Signal" və "Threema" kimi şifrələmədən istifadə edən mesajlaşma proqramlarından məlumat toplaya bilir" - şirkət deyib.

Ekspertlər qeyd edir ki, cinayətkar "FinSpy" proqramını qurbanın cihazına giriş əldə etməklə yükləyə bilər. Bundan başqa, ziyanverici proqram SMS mesaj, elektron məktub və ya "push" bildirişlərlə göndərilir.

"FinSpy" smartfon və ya planşetlərdən müxtəlif məlumatları oğurlayır: bura cihazın kitabçasında olan nömrələr, elektron məktublar, mesajlar, təqvim qeydləri, "GPS" məlumatları, şəkillər, cihazın yaddaşında saxlanılmış fayllar və mesajlaşma proqramları ilə göndərilən ismarıclar daxildir.(Sputnik Azərbaycan)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar