Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Təhsil ocağındadırsa, geyiminə fikir verməlidir" - Afaq yenə gündəmdə

Xəbər verdiyimiz kimi müğənni Afaq Aslan tələbələrin qarşısına çıxdığı geyimə görə tənqid olunandan sonra məktəbli uşaqların önündə çıxış edib

Bu dəfə də müğənninin geyimi fərqli olmayıb və tənqid edilib.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “Yeni Sabah”a danışarkən həmçinin məktəblilərin geyim məsələsinə də toxunub:

“İlk növbədə qeyd edim ki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda, 2011-ci ildə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş “Orta təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə məktəblilərin vahid geyim norması nəzərdə tutulub. Bunun əsas səbəbi varlı-kasıb uşaqlarının arasında özünü kəskin göstərə biləcək və kasıbları kompleksə salacaq problemi aradan qaldırmaq idi. Yəni tədris prosesinə sosial fərqin təsir göstərməsinin, şagirdlərin diqqətinin dərsdən yayınmasının qarşısını almaq, onların psixologiyasını pozmamaq. Yəni qanunvericilik aktları belə təhsil müəssisəsində geyimin normalarının olmasını məcbur edir.

Hazırda vahid geyimdə yubkanın uzunluğu önəmli məsələdir. Belə ki, əllərini ayağı ilə paralel tutan şagird bilməlidir ki, yubkasının uzunluğu barmaq uclarından daha yuxarıda ola bilməz. Bundan başqa, parlaq geyimlər, üzərində senzuradan kənar sözlər yazılmış maykalar qadağandır. Bu qaydalar məktəbin bütün ərazisinə aiddir”.

Ekspert vurğulayıb ki, məktəblərdə, ümumiyyətlə təhsil müəssisələrində keçirilən tədbirlər zamanı geyim normaları psixoloji baхımdan böyük əhəmiyyət kəsb еdir:

“Nəzərə alsaq ki, burda olanlar psixoloji cəhətdən tam formalaşmayıblar ona görə də təhsil müəssisənin rəhbərliyi tədbirlər təşkil edəndə bu vacib nüansı nəzərə almalıdır.

Təəssüf ki, nə tədbirdə iştirak edənlər, nə orda iştirak edənlər bunu nəzərə almırlar. Təhsil ocağında açıq – saçıq, diqqət cəlb edən formada geyinmək yolverilməzdir. Bu təhsilə, təhsil ocağına, təhsil alanlara, təhsil verənlərə hörmətsizlikdir.

Ola bilsin ki, onlar sənət adamlarıdır, onlar üçün bu geyim adi ola bilər, amma çıxış etdikləri yer təhsil ocağıdırsa, o məkana hörmət əlaməti olaraq onlar öz geyimlərinə fikir verməlidirlər”.

pia.az


Etiket: Afaq Aslan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar