Cümə axşamı, 23 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Tarkanın gəldiyini...." - Biletlərin baha olmasına Cem Yılmazdan - Açıqlama/Fotolar

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz bu gün Bakıda mətbuat nümayəndələrinin suallarını cavablandırıb

PİA.az xəbər verir ki, Cem Yılmaz bu sözləri deyib:

"Çox həyəcanlıyam. Bakıya gəldiyim üçün çox xoşbəxtəm. İlk dəfədir ki, Azərbaycana gəlirəm. Burada məni özi zarafatlarımla qarşıladılar. Hətta pasportuma möhür vurmadılar.

Bakı Konqres Mərkəzi çox gözəldir. Burada İstanbulun ən cəld komediya aktyoru səhnəyə çıxacaq. Bakıya gəlməyi çox istəyirdim".

Cem Yılmaz Azərbaycan müğənnilərini dinlədiyini də deyib: "Azərbaycan musiqisini dinləyirəm. Buranın mədəniyyətini öyrənməyə iki gün bəs etməz. Konsertim uğurlu keçsə, bütün dostlarımı Bakıya gətirəcəyəmm. Bakıdan tar alacağam və Türkiyəyə getdikdən sonra tar ifa etməyi öyrənəcəyəm".

Cem Yılmaz onun konsertinə biletin qiymətinin 700 manat olmasına da münasibət bildirib: "Biletin qiyməti açıqlandıqda Tarkanın gəldiyini zənn ediblər(gülür). Tarkanı vücudumda gətirdim. Burada bir həftə qalsam, Miri Yusif kimi Xalq artisti olaram".

Komediya aktyoru Miri Yusifi, Aygün Kazımova və İradə İbrahimovanı tanıdığını deyib.

Cem Yılmaz onu da qeyd edib ki, sabah günorta saatlarında ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəcək. (Teleqraf.com)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Cem Yılmaz

Şərh yazın.


loading...

Ən çox oxunanalar