Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Tamaşaçı “halal olsun” deyə bilər" - Elməddin Cəfərov

“Baxmayan da tamaşaçıdı, qınayan da...” – Elməddin

Cəmiyyətin mədəni zövqünün korlanması, bayağı mahnıların çoxalması kimi məsələlərdə daha çox telekanalları günahlandırırıq. Onları yanlış təbliğat apardıqları üçün qınayır, tənqid atəşinə tuturuq. Bəs həmin verlişləri izləyənlər günahsızdırlarmı? Elə sözümüzün qüvvəti olaraq bu günlərdə “5/5” verilişində qonaq olan aparıcı Mikayıl Güləddinoğlu deyib ki, iki il boyunca verlişin formatını dəyişib, orda yalnız Cahangir Cahangirov, Fikrət Əmirov kimi bəstəkarların musiqiləri ifa olunub. Lakin həmin müddətdə reytinqləri tamamilə aşağı düşüb, hətta sponsorları belə onunla işləmək istəməyib. Deməli şou verlişlərini də, bayağı müğənniləri də populyarlaşdıran izləyicidir. Qeyd edək ki, bu yalnbız şou proqramlarına aid deyil. Həmçinin serial, kino, film sektorunda da vəziyyət belədir. Tamaşaçılar ciddi motiv əsasında çəkilən filmlərdən çox komediya janrını üstün tuturlar. Məsələn bir tarixi şəxsiyyət həyatı haqqında çəkilmiş filmi çox az insan izləyir, nəinki komediya seriallarını, kinoları və sair. Vəziyyəti “Sherg.az”a dəyərləndirən tanınmış aktyor, rejissor Elməddin Cəfərov söyləyib ki,ümumiyyətlə, ölkəmizdə film sektoru hələ koronavirus pandemiyasına qədər zəifləmişdi: “Ümumilikdə film sektoru çöküb. İnşallah nə vaxtsa dirilər, onda bu mövzuya fikir bildirərəm. Amma 2019-2020 illər üçün film sektoru üçün olduqca ağır illər oldu”.

Televizya kanallarında yayımlanan serialların formatına gəlincə, Elməddin bəy deyib ki, əslində ciddi məzmunlu işlərin böyük reytinqi olur: “13-15 reytinq gəlir. Buna baxmayaraq razılaşıram ki, kino çox ciddi janrda olanda tamaşaçıya maraqlı gəlmir. Ona görə bu işi görəndə arada qalırsan. Çünki baxmayan da tamaşaçıdı, qınayan da. Bəzən isə bizim filmləri xarici, Avropa filmləri ilə bir tərəziyə qoyurlar. Amma başa salmaq olmur ki, onların büdcəsi, texnikası, strukturu ilə bizimki heç vaxt uyğun gələ bilməz. Ona görə bu sahənin nə vaxt düzələcəyini bilmirəm. Açığı elə də ümidli deyiləm. Çünki ortada böyük bir fərq var. Tamaşaçını da qınamıram. Ona da, buna da baxır qiymət verir. Amma ədalətli deyil . Zəif şərtlərlə bunu ediriksə tamaşaçı “halal olsun” deyə bilər. Lakin izləyici şərtlərlə deyil, nəticə ilə maraqlanır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar