Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Suriya torpaqlarına qalmağa yox, o torpaqları terror təhlükəsindən təmizləmək üçün getdik"- Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri bildirib...

Rusiya rəsmilərindən aldığımız məlumatlara görə, hazırda terrorçular tamamilə ərazidən çəkiliblər. Biz Suriya torpaqlarına qalmağa yox, o torpaqları terror təhlükəsindən təmizləmək üçün getdik”.

APA-nın yerli bürosunun xəbərinə görə, 29 oktyabr Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü münasibətilə Ankaradakı Beştəpə Millət Konqresi və Mədəniyyət Mərkəzində keçirilən bayram tədbirində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri bildirib.

Prezident deyib ki, ABŞ-la 120 saatlıq, Rusiya ilə 150 saatlıq razılaşma müddəti başa çatsa da, sabahdan yenə də Suriya mövzusunda fəaliyyətlər, görüşlər davam edəcək: “Bununla da “Barış bulağı” əməliyyatını yekunlaşdırmaq cəhdləri içərisindəyik. Qərb ölkələri ilə də görüşlərimiz olacaq. Mən də daxil olmaqla, xarici işlər nazirimiz, müdafiə nazirimiz, milli təhlükəsizlik qurumumuz, baş qərargah rəisimiz səviyyəsində görüşlər davam etməkdədir. Həm Türkiyə, həm də ölkəmizlə sərhəddə olan Suriya sərhədlərini ən qısa zamanda terrorçuardan tam təmizləyəcəyik”.

Ərdoğan qeyd edib ki, "Barış bulağı" əməliyyatı çərçivəsində Türkiyə ordusu 30-a yaxın, Suriya Milli Ordusu isə 130-a yaxın şəhid verib: “Dünyada Avropadan Qafqazadək türk miləti qədər soyqırıma, zülmə, ədalətsizliyə məruz qalan ikinci bir millət yoxdur. Buna rəğmən biz, mədəniyyətimizin və tariximizin tələblərindən irəli gələrək sərhədlərimizdən kənara heç bir zaman çıxmadıq və çıxmayacağıq. Bizdən başqa hər kəsin Suriyadakı marağının mərkəzində neft mənbəyi olduğu bir daha ortaya çıxıb. Ölkəmiz terrorla mübarizə apararkən Qərb ölkələri başda olmaqla bir çox dövlətlərin bu mübarizədə səmimi olmadığını, ikiüzlü olduğunu ifşa etdi. Türkiyə milli təhlükəsizliyini öz gücü hesabına qoruya biləcəyini bir daha sübut etdi”.

Bayram münasibətilə xalqını və Türkiyə ilə dostluq əlaqələri olan ölkələri təbrik edən Ərdoğan Türkiyə Respublikasının 100 illiyi üçün 2023-cü ildə çox önəmli hədəflərin müəyyənləşdirildiyini də vurğulayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar