Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Sumqayıt" "Zirə"ni məğlub edərək, liderliyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun son oyunu keçirilib.

PİA.az-ın məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" "Zirə"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Komandalar meydana Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərində törətdiyi terror aktının qurbanlarına mənəvi dəstək olaraq, meydana həmin şəhərin təmsilçisi "Kəpəz"in formaları ilə çıxıblar. Tribunalarda Azərbaycan bayraqları dalğalanıb. Oyun isə dövlət himninin səsləndirilməsi ilə başlayıb.

"Sumqayıt" hesabı 30-cu dəqiqədə açıb. Rəhim Sadıxov penaltini dəqiq yerinə yetirib. Bundan 2 dəqiqə əvvəl isə onun komanda yoldaşı Əli Qurbani analoji imkandan yararlana bilməyib.

"Zirə" 35-ci dəqiqədə bərabərlik qolunu vurub. Ötən tur "Neftçi" ilə matçda olduğu kimi yenə Davit Volkov fərqlənib.

59-cu dəqiqədə isə "Sumqayıt"ın futbolçusu Tellur Mütəllimov uzaq məsafədən baxımlı qolla yekun nəticəni müəyyənləşdirib.

90+4-cü dəqiqədə Kərim Diniyev sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq, "Zirə"ni azlıqda qoyub.

Bu qələbədən sonra xalını 11-ə çatdıran "Sumqayıt" vahid liderə çevrilib. 10 xala malik "Zirə" isə 2-ci pilləyə enib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Qəbələ"ni 3:0, "Neftçi" "Sabah"ı 1:0 hesabı ilə yenib. "Səbail" - "Keşlə" matçında isə qalib müəyyənləşməyib.(Report)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar