Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Sualtı"nın ilk treyleri yayımlandı - Foto-Video

"20 Century Fox" tamaşaçıları yenidən ekran qarşısına yığacaq

Oxu.Az xəbər verir ki, "Sualtı" yeni filminin ilk treyleri yayımlayıb.

Ekran işində Hollivudun ən məşhur simaları, Kristen Stüart və Vinsent Kassel kimi parlaq aktyorlar çəkilib.

Villiam Eubankın rejissoru olduğu filmdə hadisələr dənizin dərinliklərində cərayan edir.

13 kilometr dərinliyə enən alimlərdən ibarət qrup, orada zəlzələ ilə üzləşirlər. Ancaq bu, tədqiqat stansiyasında qəhrəmanların qarşılaşdığı ən pis hadisə olmur.

Belə ki, orada filmin qəhrəmanları nəhəng bədheybətlə qarşılaşaraq, onunla mübarizə aparırlar. Filmin treyleri yayılan kimi sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Kristen Stüart çəkildiyi filmi “Entertainment Weekly”yə verdiyi müsahibədə bu cür şərh edib: "Mən heç vaxt bu böyüklükdə, uzun və lənətlənmiş, sərt filmdə oynamamışam. Belə vəziyyətdə hər birimizin necə davranacağını görmək istərdim. Filmdə onlar ən yaxşı və pis keyfiyyətlərini ortalığa çıxarıblar. Aktyorlar çox ağır libaslar geyinməli oldular. Hərəkət etməkdə çox çətinlik çəkdik. Hərəkətlərdə təmkinli olmağı sevmirəm, məhdud məkana nifrət edirəm, əlavə olaraq üzməyi də bacarmıram. Düşünürəm ki, aktyorlardan heç biri, Vinsent Kassel istisna olmaqla, bu filmə dəvət alanda hansı ağır yükün altına girdiyini, heç ağlının ucundan belə keçirməyib".

Villiam Eubankın trillerinin Rusiyada böyük ekrana 9 yanvar 2020-ci ildə çıxacağı gözlənilir.

Pia.az

Fotolar




Etiket: Sualtı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar