Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Strateq.az" fəaliyyətini dayandırır

Azərbaycanda xəbər portalı fəaliyyətini dayandırıb.

Bu barədə saytın baş redaktoru Elxan Şükürlü məlumat yayıb.

"Altı ildir - 2015-ci ilin 10 martından fəaliyyət göstərən və daha çox siyasi məzmunlu, analitik materiallarla görüşünüzə gələn, təsisçisi və baş redaktoru olduğum "Strateq.az" saytının fəaliyyətini qeyri-müəyyən müddətədək dayandırmaq qərarına gəldik. Martın 10-dan etibarən, sayt yenilənməyəcək. Gələcəkdə fəaliyyətini bərpa edəcəksə də, mən baş redaktor olmayacam. Bu 6 ildə çox az sayda olan, ancaq həddən artıq fədakar, bacarıqlı, milli-mənəvi dəyərlərimizi və həqiqi dövlət maraqlarımızı hər şeydən üstün tutan intellektual bir komanda ilə işlədik. 7 nəfərlə 70 nəfər kimi göründük! Ancaq hər kəsə sübut etdik ki, bu ölkədə təmiz adını, şərəf və ləyaqətini ayaqlar altına atmayan, reketçiliklə, şantajla məşğul olmayan, sifarişlərlə "siyasi killer"lik etməyən, "reklam dilənçiliyi" ilə müxtəlif qapılarda sürünməyən jurnalistlərimiz də var. Belə istedadlı və namuslu, zəhmətkeş jurnalistlərlə işlədiyim üçün çox şadam və onların hər birinə minnətdaram. Bundan sonra bir kollektivdə olmaya bilərik, ancaq əsas odur ki, daha qalıcı münasibətlər - həddən artıq etibarlı, vəfalı dostlar, qardaş və bacılar qazandıq. Eyni zamanda, bu 6 ildə bizi daim izləyən sadiq oxucularımızın da hər birinə təşəkkür edirəm. Allah doğru yolda olanlarımıza kömək olsun" - E.Şükürlü qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar