Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Sosial şəbəkələr insanların beynini yönləndirmək üçün çox güclü vasitədir" - PA rəsmisi

"Media nümayəndələrinin din sahəsində məlumatlılığı bu sahədə yazılan məlumatların daha sanballı olmasına kömək edir"

PİA.az xəbər verir ki, bunu Prezident Adminstrasiyasının (PA) Millətlərarası Münasibətlər, Multikulturalizm və Dini Məsələlər şöbəsinin baş məsləhətçisi Əliheydər Zülfüqarov deyib.

O bildirib ki, dini sferanın şəffaflığı önəmlidir: "Başqa ölkələrdən gələn nümayəndələrə ölkədəki dini münasibətlər nümunə kimi göstərilə bilir. Dini icmaların fəaliyyətinə dövlət tərəfindən bütün zəruri dəstək verilir".

PA rəsmisi əlavə edib ki, ölkədə heç bir dinə digərindən çox üstünlük verilmir və bu da beynəlxalq normaların tələblərinə tam cavab verir: "Azərbaycanın multikultralizm siyasəti ilə bağlı yüksələn xətt üzrə gördüyü işlər onu digər ölkələrdən fərqləndirir".

"Bu gün sosial şəbəkələr insanların beynini yönləndirmək üçün çox güclü vasitədir. Ona görə də radikal, xurafata meyilli qrupların sosial şəbəkələrdə insanların fikirlərini bulandırmaq cəhdlərinin qarşısı alınmalıdır. Bu səbəbdən birlikdə bu kimi məqamların qarşısını almaq üçün çalışmalıyıq. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi orada bu kimi neqativ halların qarşısının alınması istiqamətində çoxsaylı tədbirlər görməsin. Proses gələcəkdə də davam edəcək", - Ə.Zülfüqarov əlavə edib. (report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar