Bazar ertəsi, 18 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizə üstünlük veriləcək" - Deputat

"Azərbaycan canlarını ərazi bütövlüyümüz yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bu gün bir dəqiqəlik sükutla yad etdi. Qələbəmizin əldə edilməsinə görə şəhidlərimizə borcluyuq".

PİA.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

O qeyd edib ki, artıq Azərbaycan üçün yeni mərhələ başlayır: "Bu mərhələdə şəhid ailələrinin və eləcə də savaş qazilərimizin sosial təminatının daha da gücləndirilməsi əsas prioritetlərdən olacaq. Hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi üçün 20 istiqamət üzrə birbaşa ödənişlər və güzəştlər həyata keçirilir. Bura şəhid ailələrinə 11 min manatlıq sığorta ödənişdən başlayan şəhid ailələrinə xərclənən vəsaitin müvafiq mərkəzi və yerli büdcələr, pensiya və müavinətlərə çəkilən xərclərin isə Dövlət Sosial Müdafiə Fondu və dövlət büdcəsi hesabına yalnız nağdsız qaydada ödənilməsinədək müxtəlif tədbirlər aiddir".

İqtisadçı millət vəkili deyib ki, yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərimizin işlə təmin olunması da sosial siyasətin əsas hədəflərindəndir: "Özünüməşğulluq və digər sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizə üstünlük veriləcək və kvotalar artırılacaq. Məşğulluğa yönəlik sosial proqramlarda şəhid ailələrinin üzvləri və qazilərimizin iştirakının daha da genişləndirilməsi üçün həmin vətəndaşlarımıza xüsusi güzəştli kateqoriya olaraq ayrıca qeyd edilməsi məqsədəuyğundur. Bütövlükdə, ölkəmiz üçün başlanan yeni mərhələdə şəhid ailələrinin üzvləri və qazilərimiz üçün dövlət proqramları ilə yanaşı fərqli ictimai təşkilatların reallaşdırdığı layihələrin də genişləndirilməsinə ehtiyac var. Bu hər birimizdən xüsusi diqqət və qayğı tələb edir". (Pravda.az)

pia.az 
 


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Rusiya Azərbaycan üzərindən Ermənistana hərbi yük daşıyır...

“Türkiyə Rusiyanı Azərbaycanda neytrallaşdırmağın yolunu bilir və...”

Çavuşoğlu türk bazalarına aydınlıq gətirdi: "Ehtiyac olsa, Azərbaycanla ikitərfli anlaşma imzalayarıq"

“İlham Əliyev istəsəydi, Xankəndiyə də girərdi, amma...” - Əli Həsənov

Sabahdan bu müəssisələrdə vaksinasiya aparılacaq - Siyahı

Ailədə 10 nəfərik, hamımız evdə oturub dost-tanış verəndən yeyirik – Tanınmış aktyor

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

Vəkil: “Əks halda, Mehdiyevin, Həsənovun qurduqları cinayətkar, əxlaqsız iş prinsipi davam edəcək”

“Rusiya sülhməramlıları Azərbaycanın suverenliyini pozurlar“ - Nazir

loading...

Ən çox oxunanalar