Cümə axşamı, 15 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

"Siyavuş Novruzovun yerinə kimsə seçiləcək" - Tolik

Xəbər verdiyimiz kimi, martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçirilməsi planlaşdırılır.

PİA.az-ın xəbərinə görə, məsələ ilə bağlı danışan 2004-cü ildən bəri YAP-ın üzvü, tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) partiyanın tərkibinin yenilənəcəyini düşündüyünü deyib:

“Mən siyasət adamı deyiləm, amma bəzən mən də siyasətə qarışıram. Məncə, bu qurultayda hakim Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsini əvvəllər icra edən Siyavuş Novruzovun yerinə kimsə seçiləcək. Qalan şeyləri bilmirəm, istəmirəm dərinliyə gedim. Çünki bu haqda çox da məlumatlı deyiləm, atam 40 gündür dünyasını dəyişib, özümdə olmamışam. Keçən il bu sual mənə verilsəydi, çox şeylər danışardım, amma hazırda yox. Heç qurultayın olacağından xəbərim yox idi. İnanmıram pandemiyaya görə qurultay olsun, olsa da yəqin, onlayn olar. Özümü ağıllı göstərib, yalandan informasiya verə bilmərəm”.

Əməkdar artist Elza Seyidcahan qurultay olarsa, bir sıra müsbət yeniliklərə imza atılacağına inandığını qeyd edib:

“Qurultay olacaqsa, bu haqda müsbət düşünürəm. Yeni Azərbaycan Partiyası günü-gündən inkişaf edir. Qələbədən sonra partiyada daha yaxşı yeniliklər olacağına inanıram. İnşallah işğaldan azad olunmuş torpaqlarda YAP-ın qərargahları, məntəqələri tikilər və YAP-a daha çox gənc axın edər. Bu bizə Ulu öndər Heydər Əliyevdən bir töhfədir, Allahın zinətidir. Bir yerdə ki, Yeni Azərbaycan Partiyasının adı var, əlbəttə də o adı Allah günü gündən yeniləyəcək, gözəlləşdirəcək. Mən də bir bəstəkar olaraq hər zaman YAP-ın özəl günlərində öz əsərlərimlə, musiqilərimlə çıxış etməyə hazıram, bunu özümə borc bilirəm. Ümid edirəm ki, 2025-ci ildə YAP-ın xətti ilə millət vəkili adını daşıya bilərəm. Namizədliyimi yenə verəcəyəm, inşallah, arzuma nail olaram”. (Yenisabah.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Elmira Axundovanın Qəbələdəki dəbdəbəli villasının videosu yayıldı

Qadınla intim videosu yayılan axund danışdı: “Xəyanətə görə boşanıb”

Dağlıq Qarabağın “işğaldan azad edilməsinə” nail olacağıq – Paşinyan sərsəmlədi

İlham Əliyev ilə Lukaşenkonun qeyri-rəsmi görüşü beş saat davam edib - Yenilənib

“Albert Rıji”nin qətli üçün ödənilən məbləğ açıqlandı

“Aqroservis” ASC-dən kobud tender pozuntusu: milyon yarımlıq tenderi udan şirkət kimə məxsusdur? - Foto

Keçmiş ərindən Tünzaləyə sərt cavab: "Ona elə sözlər deyərdim ki.."

“Poseydon” - Rusiyanın “qiyamət günü” yarada biləcək silahı Nyu-Yorku xəritədən silə bilər...

Ukrayna böhranı: Rusiya Türkiyə ilə hava əlaqəsini dayandırır - Bu xəbərdarlıqdır, yoxsa qırılma nöqtəsi?..

Ən çox oxunanalar