Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Səviyyəsiz filmlərin cənazə namazını qılacam"

"Komediya anlayışım bəsitdir. Tamaşaçı gülənə mən, mən gülənə tamaşaçı gülmür. Komediya mənim başım üçün deyil"...

Bu sözləri rejissor Kənan M.M. "Söhbətsiz" verilişində deyib. O, "Bozbash pictures" komandası ilə arasında yaşanan qalmaqaldan bəhs edib:

"Bozbash pictures"in ilk filmini çəkdim, bəyənilmədi. İkimizin də ilk filmi idi. Deyirdilər, bizi qınama, həmişə fotoaparat qabağında dayanıb danışmışıq. Rejissorla işləməmişik. Hamı da o filmdən pul qazandı. Sadəcə, mən o ekran işinə ruhumu qoymadım. İlkinin (aktyor İlkin Həsəni - red.) qızının ad günündə təbrik də yazmışdım. Kin saxlayan deyiləm. Aramızdakı davanın səbəbi İlkinin statusu olmuşdu. Xoşuma gəlmədi, qıcıqlandım. Nə sözün var zəng et. İradı statusda həll edəcək yaşda deyilik. 7 ildən sonra irad bildirmək anlamsız idi. Filmin pulunu xərcləyəndə heç kim nəsə demirdi".

Kənan klip çəkməməsinin səbəblərindən söz açıb:

"Klip bir tramplin idi. Amma yaxşı pul verən olsa, çəkərəm. Darıxmışam o iş üçün. Bir vaxtlar subay idim, evim yox idi, özümü ucuz satırdım. İndi yox, klipi ucuz çəkmərəm".

Sənətçi daha Türkiyədə seriala çəkilməyəcəyini açıqlayıb:

"Ailəmdən ayrı qalıram. Amma filmə gedib çəkiləcəm. Hətta ssenari gəlib, oxuyuram. Özüm də Azərbaycanda serial çəkəcəm. Səviyyəsiz filmlərin cənazə namazını qılacam. Bizim serialların çoxu divanda oturub, danışan başlardan ibarətdir".(axşam.az)

pia.az


Etiket: Kənan M.M.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar