Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Şərq Tərəfdaşlığı" ölkələrinin iştirakı ilə keçiriləcək sammitin gündəliyi açıqlanıb

İyunun 18-də "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət və hökumət başçılarının qatılacağı virtual formatda keçiriləcək sammitin gündəliyi açıqlanıb...

PİA.az-ın xəbərinə görə, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Aİ Şurasının mətbuat xidmətinin məlumatına görə, virtual formatda baş tutacaq sammitə bloka üzv 27 ölkənin dövlət və hökumət başçıları, həmçinin "Şərq Tərəfdaşlığı" ölkələrinin hökumət və dövlət başıları qatılacaq. Avropa İttifaqı Şurasının Prezidenti Çarlz Mişel görüşə sədrlik edəcək. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell də virtual konfransda iştirak edəcək.

"Liderlər bir daha "Şərq Tərəfdaşlığı"nın strateji əhəmiyyətini təsdiqləyəcəklər. Onlar həm də COVID-19 böhranı dövründə həmrəyliyin vacibliyini və Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələrində epidemiyanın təsirini azaltmaq üçün verdiyi əsaslı dəstəyi vurğulayacaqlar. Bundan əlavə, liderlər "Şərq Tərəfdaşlığı"nın uzunmüddətli siyasi hədəflərini və 2021-ci ilin əvvəlində liderlərin üzbəüz iştirak edəcəyi zirvə görüşündə təsdiqlənməsi gözlənilən 2020-ci ildən sonrakı nəticələrin inkişafını müzakirə edəcəklər", - deyə Aİ Şurasının mətbuat xidmətinin məlumatında qeyd olunub.(APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar