Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Sərhəd fədaisi" sənədli filminin təqdimatı keçirilib - Fotolar

Azərbaycan İstiqlal Muzeyində” ilk sərhədçi general Mustafa Nəsirovun 100 illik yubileyinə həsr olunan “Sərhəd fədaisi” sənədli filminin təqdimatı keçirilib. Filmin müəllifi jurnalist Mehman Davudoğludur.

Muzeydən PİA.az-a bildirilib ki, təqdimat mərasimində Mustafa Nəsirov 91 ilə yaxin mənalı və şərəfli ömür sürüb. Onun yarım əsrdən çoxunu Sərhəd Qoşunlarına həsr edib. İlk Azərbaycanlı general olması ilə hər zaman fəxr edib. 1968-ci ildə milli lider Heydər Əliyevin təşəbbüsüilə SSRİ DTK-nin Zaqafqaziya sərhəd dairəsinin hərbi-əməliyyat söbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Ulu öndərin dəstəyi ilə general rütbəsinə qədər yüksəlib. Bir çox orden və medallarla təltif olunub.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Mustafa Nəsirova hər zaman qayğı ilə yanaşıb. Prezidentin 24 oktyabr 2011-ci il tarixli Sərəncamı ilə Mustafa Cəfər oğlu Nəsirov "Şöhrət" ordeni ilə təltif edilib.

Bildirilib ki, Mustafa Nəsirov 2011-ci il may ayının 27-də dünyasını dəyişib. General II Fəxri Xiyabanda dəfn olunub.

Daha sonra tədbir iştirakçıları general Mustafa Nəsirova həsr olunan sərgi ilə tanış olublar. Sərgidə ilk sərhədçi generalın həyatının müxtəlif illərinə, xidməti fəaliyyətinə həsr olunan fotoşəkillər və kitablar, şəxsi əşyaları, çoxsaylı orden və medalları nümayiş olunub.

Mərasimdə Veteranlar Təşkilatının üzvləri, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, Vətən müharibəsi qəhrəmanları, generalın ailə üzvləri iştirak edib.
Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi oktyabr ayının 27-ə qədər davam edəcək.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar