Bakı Bulvarında 2003-cü il təvəllüdlü Allahverdiyev Riyad Oktay oğlu dənizə yıxılıb...
PİA.az BakuPost-a istinadən xəbər verir ki, hadisə “Dəniz Mall”ın yaxınlığında baş verib.
Dənizkənarı Bulvar İdarəsinin mühafizəçisi Mahmud Bağırzadə suya atılaraq, boğulma təhlükəsi ilə üz-üzə qalan gənci xilas edib.
R.Allahverdiyev şəkil çəkərkən müvazinətini qoruya bilmədiyi üçün dənizə yıxıldığını söyləyib.
pia.az