Cümə axşamı, 28 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Rusiyanı çökdürəcəklər,aman istəyəcək" - Hikmət Hacızadə

“Ətrafındakı qüvvələr Putini kənarlaşdırmaq istəyə bilərlər”...

Hikmət Hacızadə: “BVF-ni ağıllı adamlar idarə edir, ÜST-ü isə “avaralar”"

“Covid-19” pandemiyasına əlac tapılmadıqca, bu epidemiyanın dünya iqtisadiyyatına və siyasətinə təsirləri, pospandemiya dövrü ilə bağlı proqnozlar kimi mövzular öz aktuallığını qoruyacaq.

“AzPolitika.info” həmin mövzuları Azərbaycanın Rusiyadakı sabiq səfiri, politoloq Hikmət Hacızadə ilə müzakirə edib.

PİA.az həmin müsahibəni təqdim edir:

- Hikmət bəy, koronavirus pandemiyasının bütün dünyanı az qala “diz çökdürdüyünün” şahidiyik. Sizin bu epidemiyanın yaranma səbəbləri və mümkün nəticələrilə bağlı qənaətiniz nədən ibarətdir?

- Təbii ki, mənim dediklərim yalnız oxuduğum materiallardan qaynaqlana bilər. Rəsmi məlumatlar var ki, bu virusu Çində laboratoriyada yaradıblar, ya da haradansa tapıblar. Sonradan koronavirus nəzarətdən çıxıb və bir həkim ona yoluxub. Bu həkim də virusu yaymağa başlayıb. Sonradan yayılmanın arealı genişlənib.

Bu, elmi araşdırmalar olub və mümkündür ki, həmin araşdırmalar hərbi sahə ilə də əlaqəlidir. Nəticə budur ki, virus nəzarətdən çıxıb, kimisə xəstələndirib. Bu adam da laboratoriyadan çıxaraq bütövlükdə dünyanı yoluxdurub. Qısası belədir. Koronavirusun təhlükəli olması isə artıq reallıqdır.

- Ancaq rus mediası bu problemin yaranmasında açıq-aşkar Amerikanı günahlandırır...

- Dünyada nə baş verməsindən asılı olmayaraq, ruslar qərbi günahlandıracaq. Bu, tarix boyu belə olub və rusların çoxdankı azarıdır. Reallıqda isə bu iddianı təsdiqləyən heç bir fakt yoxdur. Virusun mənbəyi Çindir. Yəni bu virus dünyaya Çindən yayılıb. Pekin hökuməti də bunu boynuna alıb, bununla bağlı rəsmi bəyanatlar və izahlar da verib.

- Mütəxəssislər belə iddialar irəli sürürlər ki, pandemiyadan sonra dünyadakı münasibətlər sistemində köklü dəyişikliklər baş verəcək. Sizcə, bu dəyişikliklər nədən ibarət ola bilər?

- Dünya ola bilsin ki, dəyişəcək, amma çox az dəyişəcək. Şəxsən mən politoloq, siz də jurnalist kimi bu dəyişiklikləri hiss etməyəcəyik.

Ancaq dünyadakı siyasi və iqtisadi münasibətlər sisteminə gəlincə, hər halda Çinlə münasibətlər başqa cür qurulacaq. Çalışacaqlar Çinlə ehtiyatlı davransınlar. Xüsusilə də, Çinin iqtisadiyyatı ilə bağlı məsələdə. Təsəvvür edin ki, bütün dünyanın iqtisadiyyatı, hətta Azərbaycanın “Sədərək” bazarı Çinlə əlaqəlidir. Bu, olduqca təhlükəlidir. Pandemiya əslində bunu sübuta yetirdi. Birdən, zəlzələdən və ya vəlvələdən, Çin batdı. Bu zaman dünya nə edəcək? Mən dünən bir xırdavat mağazasına daxil olmuşdum. Müştəri satıcıya deyir ki, filan avadanlığın hissəsi lazımdır. Satıcı da deyir ki, artıq Çindən mal gəlmir, 20 gündən çoxdur ki, istədiyiniz avadanlığı satmırıq. Təsəvvür edin, min bir xırdavat mağazalarında satılan malların 99 faizi Çin istehsalıdır. Eləcə də “Sədərək” bazarında olan mallar. Bu, bütün dünyada belədir. Və sözsüz ki, çox təhlükəlidir. Bax, bunu çalışıb dəyişdirmək istəyəcəklər. Lakin buna nə dərəcədə nail olacaqlarını deyə bilmərəm. Çünki belədə qiymətlər qalxmalıdır ki, bu da alıcılıq qabiliyyətini öldürə bilər.

İkincisi, pandemiyadan sonra səhiyyə sistemində ciddi dəyişikliklərin olacağı gözləniləndir. Bu sahəyə daha ciddi yanaşmağa başlanılacaq. Həmçinin, gələcək viruslarla bağlı araşdırmalar, tədarüklər olacaq. Ölkələr arasında əməkdaşlıq artacaq. İndi də bu əməkdaşlıq var, amma çalışacaqlar ki, əlaqələri artırsınlar, həmrəylik olsun.

Nəzərə almaq lazımdır ki, koronavirus pandemiyası ilə paralel olaraq, neft böhranı yaşanır. Bunun da ciddi təsirləri olacaq. Məncə, Rusiyanı yerində oturtmağa nail olmaq üçün müəyyən cəhdlərin edilməsi mümkündür. Çünki Rusiya da dünya üçün böyük təhlükədir, hara gəldi burnunu soxur. Fikrimcə, bu məsələyə diqqət ayrılacaq. Bundan başqa, onlayn iş yerləri açılacaq. Jurnalistlər, başqa bir çox peşə sahibləri evdən işləməyə başlayacaqlar. Bu, müəyyən qədər müəssisələrin xərclərini də azaldacaq.

- Bu pandemiyanın bir çox beynəlxalq qurumlara da zərbə vurduğu deyilir...

- Bəli, fikrimcə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT kimi qurumlarda yenidənqurma olacaq. Hazırda ABŞ bu qurumları təqib edir.

Hamı deyir ki, pandemiya yaşadığımız bu müddətdə ÜST çox bərbad işləyib. Yəni dünyanı vaxtında xəbərdar etməyib, etdiyi xəbərdarlıq da şübhəli olub. Məsələnin bir çətin tərəfi də var - dünya çapında qərar verən təşkilatların nizamnaməsi və ruhu elədir ki, dünyanın bütün ölkə və millətləri idarəçilikdə bu və ya digər formada iştirak etməlidir. Məsələn, dünyanın ən böyük siyasi məsələlərini 5 fövqəldövlət həll edir. Beynəlxalq səhiyyəyə nəzarəti isə bir həbəşistanlıya (ÜST direktoru, efiopiyalı Tedros Adanom Qebreyesus-red.) veriblər ki, get sən də oranı dağıt. O da dağıda-dağıda gedir. Axı, bu quruma hər il böyük pullar verilir. Onu çıxarıb yerinə bir almanı qoysan ki, yaxşı işləsin, bu zaman qaradərili millətlər küsəcək. Bunu etməyəndə də dağıla-dağıla gedəcək. Lakin bundan fərqli olaraq, elə qurumun adını çəkmək olar ki, orada vəziyyət yaxşı mənada tam fərqlidir. Beynəlxalq Valyuta Fondunu (BVF) götürək. Əlbəttə, kimin pulu çoxdursa o da diktə edir. O da aydındır ki, pulu çox olanlar daha yaxşı işləyir. Deməli, BVF-ni ağıllı adamlar idarə edir, ÜST-ü isə “avaralar”.

- Pandemiyanın qlobal iqtisadiyyata, siyasətə, beynəlxalq əlaqələrə və s. təsirləri artıq göz önündədir. Bəs sizcə, onun regional konfliktlərə təsirləri hansı formada özünü göstərə bilər?

- Hələlik konfliktlər guya dondurulub, hamı koronavirusla məşğuldur. Gələcəkdə necə olacağını deyə bilmərəm. Rusiyanın Suriyadakı fəaliyyətini analiz edən mütəxəssislərin böyük çoxluğu deyir ki, Qətərdən Suriyaya keçməklə Aralıq dənizi vasitəsilə Avropaya qaz boru kəməri çəkmək istəyirlər. Rusiya da Suriyaya kömək edir, çalışır ki, bu layihə baş tutmasın. Çünki baş tutsa, Rusiya qazı dəyərdən düşəcək. Son proseslər isə neftin elə də böyük əhəmiyyətinin qalmadığını ortaya çıxarır. Bu halda sual yaranır ki, onda nəyə görə dövlətlər bir-birini qırmalıdır? Neftin əhəmiyyəti tədricən itir. Əvvəl 100 dollar idi, indi 20-25 dollara düşüb. Bu halda Rusiya niyə Suriyaya qoşun, ordu göndərməlidir? Bu mənada ola bilsin ki, böyük iqtisadi dəyişikliklərdən sonra bəzi konfliktlərin mənası itsin. Amma Qarabağ konfliktinə münasibətdə bunu demək olmaz.

- Qeyd etdiniz ki, bu prosesdə Rusiyanı yerində oturtmağa çalışacaqlar. Bunu necə edə bilərlər?

- Əvvəla neftin və qazın qiymətləri bir yana, bu ölkəyə qarşı ciddi sanksiyalar davam etdiriləcək. Dünya enerji bazarında isə neftin qiymətində ucuzlaşma hələ davam edəcək. Bu, istər-istəməz Rusiyanın çökməsini başladacaq və belədə Rusiyaya qarşı şərtlər irəli sürüləcək. Məsələn, deyəcəklər ki, istəyirsənsə embarqonu götürək, Ukraynadan çıx, Gürcüstana burnunu soxma, Ermənistana kömək etmə. Çökdürəcəklər, Rusiya aman istəyəcək. Bu “amanı” vermək üçünsə ona deyəcəklər ki, burnunu ora-bura soxmağı dayandır.

Rusiyanın neft və qazdan başqa dünyaya satacağı başqa heç nəyi yoxdur. Həm də bu, təkcə neftlə əlaqəli məsələ deyil. Sanksiyalar kosmosdan başlayaraq istehsalata qədər onlarla istiqaməti əhatə edir. Yalnız bank sferası, pul köçürmələri qalıb. Bu istiqamətdə də sanksiyalar tətbiq olunsa, Rusiya batacaq. Heç kim pul köçürə bilməyəcək, çünki köçürüləcək pullar yalnız qərbin nəzarəti altında olan sistem vasitəsilə gəlib-gedir.

- Sizcə, pandemiya və neftin dəyərdən düşməsi Putin hakimiyyətinə hansı təhlükələri yaradır?

- Belə davam etsə, Putin populyarlığını itirəcək, nüfuzdan düşəcək. Onun ətrafında başqa qüvvələr var və onlar Putini kənarlaşdırmaq üçün fəaliyyətə başlaya bilərlər. Aydındır ki, bu məsələlərdə birmənalı nəsə proqnozlaşdırmaq çətindir. Amma əsas məsələ Rusiyanın geriyə addım atmasıdır. Rusiya geri addım atarsa, Putin də onun başında qala bilər.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nazirlik rəsmisindən Elmar Məmmədyarovla bağlı açəqlama

Əməkdar artistin vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi

Cəfər Cəfərov Əbülfəz Qarayevin “süqut”undan sonra bərk narahatlıq keçirir

DTX-nın əməliyyatı zamanı Qarayev kabinetində nə edirdi?..

“Hazırda 3 aylıq işıq, qaz pulu borcum var, övladlarım ödəyəcək” - Aslan İsmayılov

Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - Açıqlama

Məmmədyarovun və dövlətin reputasiyası – Və Xarici İşlər naziri ilə “yoğun” məmurların fərqi...

Tünzalə TV-ləri, Tahir İmanov isə Afət Fərmanqızını təndiq etdi

Şirməmməd Hüseynovun qızı Mədəniyyət naziri olacaq?

Əli Həsənovun qanunsuz verdiyi mənzillər satışa çıxarıldı - Sənəd

loading...

Ən çox oxunanalar