Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rusiya müharibədə bizə Xəzərdəki HHM sistemlərilə kömək edirdi" - Ermənistanın sabiq baş naziri

“Qarabağ müharibəsi günlərində səmanı mütəmadi olaraq ruslar bağlayırdı. Bu, onların bizə köməyi idi, hansı ki, bunu etməyə də bilərdilər.”

Bunu Ermənistanın sabiq baş naziri, müxalifətdəki “Azadlıq” partiyasının sədri Qrant Baqratyan deyib.

“AzPolitika.info” xəbər verir ki, sabiq baş nazir erməni jurnalistlərlə görüşündə maraqlı faktlardan söz açıb.

Baqratyan bildirib ki, Qarabağdakı 44 günlük savaşda Rusiya erməni silahlı birləşmələrinə özünün Xəzər dənizində yerləşən Hava Hücumundan Müdafiə(HHM) sistemləri vasitəsilə kömək edib və Qarabağda hava məkanını bağlayıb: “Bizdə narazılıq edirlər ki, noyabrın 4-də niyə havanı açdılar? Biz Rusiyanın Xəzər dənizində yerləşən HHM sistemlərindən istifadə etmişik. Müharibənin ilk günündə düşmən iki saatın içində bizim idarəetmə məntəqəmizi dağıtdı, hansı ki, nədənsə Şuşada yerləşdirilmişdi. Əvvəl o, Çobankarada (Ermənistanda rayon-red.) yerləşirdi. Hansı axmaq onu hərbi əməliyyatlar ehtimalının yüksək olduğu “artsax”a köçürmüşdü?”

Göründüyü kimi, Baqratyanın bu açıqlaması kifayət qədər sensasion xarakter daşıyır. Əgər sabiq baş nazirin söylədikləri həqiqətdirsə, bu, bir daha Rusiyanın Qarabağ münaqişəsindəki neytrallığı və sülhpərvərliyi barədə deyilənlərin cəfəngiyyat olduğunu təsdiqləmiş olur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar