Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rusiya əlindəki fürsəti yaxşı dəyərləndirmək istəyir" - Elman Vəliyev

Bir xeyli müddətdən sonra Rusiya Belarusu öz çəmbərinə ala bildi. Vladimir Putin çıxışlarının birində demişdi ki, SSRİ itib-batmayıb, bu yolun davamçısı Rusiya Federasiyasıdır. Rusiya öz çəmbərinə daha çox dövləti daxil etmək istəyir. Bunu isə diplomatik siyasətlə etməyi üstün tutur, ancaq güc amili də "B" variantdır həmişə.

PİA.az xəbər verir ki, bu fikirləri politoloq Elman Vəliyev bildirib.

Rusiya üçün digər mühüm bir məsələ də Ukraynadır. Ukrayna Prezidneti Zelenskinin ABŞ Prezidenti Baydenlə görüşü olmuşdu. Bayden Ukraynaya bir xeyli maddi yardım elədi. Belarus Prezidenti Lukaşenko maddi çətinliyin aradan qalxması üçün Putindən borc aldı ki, bu da asılılıq yaratdı. Bayden Ukraynanın da bu vəziyyətə düşməməsi üçün maliyyəni özü verdi. Rusiyanın "Şimal axını-2" layihəsi artıq yekunlaşıb və Rusiya Almaniya vasitəsilə öz enerjisini Avropaya rahat ixrac edəcək.

Amerikanın iqtisadi sanksiyalırına qarşı bu enerji axını Rusiya üçün çox effektli olacaq. Ukrayna da bu layihədən faydalana bilər. Rusiya bunu Ukraynaya təklif edib. Yənu Rusiya əlindəki bu fürsəti yaxşı dəyərləndirmək istəyir. Bu layihə vasitəsilə Ukraynanın da iqtisadi asılılığa düşməsini istəyir. Məhs Amerika da buna görə Ukraynanın maddi sıxıntı çəkməsini istəmir.

BMT Baş Assambleyasının 76-cı iclası keçirildi və bu iclasda Ukraynanın işğal altındakı əraziləri ilə bağlı səs vermə olub. Ermənistan, Belarus və Qazağıstan Rusiyanın mövqeyini saxlayıb. Rusiya Qazağıstanın da Belarus kimi himayəyə götürülməsinə səy göstərəcək. Ermənsitanın da niyə belə addım atması məlumdur. Putinlə Zelenskinin görüşünü də istisna etmək olmaz. Krım, Donbas Rusiya üçün mühüm mövqedir.

Bildiyimiz kimi, Krım Qara dəniz sahilində yerləşir və bu da Rusiyanın bu məkana önəm verməsinə dəlalət verir. Qara dənizdə öz maraqlarını təmin etmək üçün Krım Rusiyaya lazımdır. Bunun üçün zənn etmirəm ki, Rusiya bu mövqedən əl çəkə. Tərəflər üçün ən alternativ kompromisə getmək olacaq. Yəni hər iki tərəf müəyyən güzəştlər etməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar