Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rusiya bizə müharibədə oraya qədər getməyə icazə vermişdi" - Qüdrət Həsənquliyev

"Rusiya bizə müharibədə oraya qədər getməyə icazə vermişdi, yəni oraya qədər gedə bilərsən, oradan o tərəfə gedə bilməzsən, yoxsa başın ağrıyacaq".

PİA.az xəbər verir ki, bu sözləri millət vəkili və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev yanvar ayının 9-da “Laf TV”-nin qonağı olarkən deyib. O bildirib ki, burada “başın ağrıyacaq” sözünün qarşılığı genişmiqyaslı müharibə demək idi:

"Mən sizə tam əminliklə bunu deyirəm. Bu zaman bizim Rusiyanın öhdəsindən gəlməyimiz qətiyyən mümkün olan məsələ deyildi".

Bu zaman aparıcı Ləman Ələşrəfqızı Türkiyə faktorunu və Azərbaycanın qardaş ölkə ilə olan hərbi müttəfiqliyini xatırladıb. Q. Həsənquliyevin cavabı isə belə olub: “Nüvə silahının gücünü siz, doğrudan qiymətləndirə bilmirsiniz? İndi bəziləri deyəcək ki, Rusiya qorxacaqdı nüvə silahından istifadə etməyə. Rusiya görsə idi ki, döyüş meydanında məğlub olur, o, Türkiyənin şəhərlərinə və hərbi hissələrinə kiçik başlıqlı nüvə zərbələri endirəcəkdi, nüvə zərbələrindən istifadə edəcəkdi, elə Azərbaycanın özündə də. Bu böyük müharibə demək idi və bu müharibədə Azərbaycan viran olacaqdı, böyük şəhərlər dağılacaqdı, insan itkisi çox olacaqdı”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar