"Real Madrid"in futbolçusu Qaret Beyl Kriştiano Ronaldonun "Yuventus"a transferindən sonra komandadakı vəziyyətdən danışıb
Uelsli hücumçu "Daily Mail"ə açıqlamasında Ronaldonun gedişindən sonra komanda oyununa üstünlük verdiklərini deyib: "Əlbəttə, belə böyük oyunçunun gedişindən sonra komandada vəziyyət bir qədər dəyişib. Ancaq indi biz komanda şəklində, vahid mexanizm kimi oynayırıq. Artıq oyunu bir futbolçu üzərində qurmuruq".
Qeyd edək ki, Beyl Ronaldonun gedişindən sonra mövsümə yaxşı başlayıb. O, La Liqada 4 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə edib. (goal.az)
pia.az