Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Relax" istirahət mərkəzində karantində olan iki tələbə bacının məktubu hər kəsi kövrəldib - Foto

"Relax" istirahət mərkəzində karantindən evə buraxılan iki tələbə bacının məktubu hər kəsi kövrəldib.

PİA.az Sonxeber.az-a istinadən xəbər verir ki, 14 günlük karantini başa vuran Mehin və Mədinə bacıları məktub yazaraq ölkə başçısına, dövlətə və "Relax" istirahət mərkəzinin rəhbərliyinə təşəkkür ediblər.

Tələbə bacıların məktubunu oxucularımıza təqdim edirik:

Biz karantin zamanı 515-ci otaqda qalan Mehin və Mədinə bacılarıyıq. Bizə belə gözəl baxdığınıza görə təşəkkür edirik. Ailəmizdən və evimizdən uzaq olsaq da bizi rahat və etibarlı hiss etdirdiniz. Hər biriniz çox çalışdınız. Hər gün qabağımıza dadlı yeməklər gətirən aşbazlar, təhlükəsizliyimizi təmin etmək üçün gecə-gündüz qapımızda dayanan əsgərlər, səbirlə temperaturumuzu ölçən tibb bacıları, dərhal sağalmağımıza kömək edən həkimlər, günün istənilən vaxtında bütün ehtiyaclarımızı ödəyən "Relax" istirahət mərkəzinin işçiləri, nəhayət bütün təmizliyimizi təmin edən xadimə xanımlar çox sağ olun. Bu çətin dövrdə vətəndaşlarınıza xüsusi qayğı göstərdiyinə görə dövlətimizə və Azərbaycana təşəkkür edirik.

Sahibkar Çingiz Məmmədov SONXEBER.AZ-a açıqlamasında karantində olan 197 nəfərin evə buraxıldığını bildirib: "Hazırda 98 nəfər bizim istirahət mərkəzində karantindədir. 197 nəfəri evlərinə yola saldıq. Onların qaldıqları otaqlar karantinə gələcək insanlarımız üçün təmizlənərək, dezinfeksiya olunur. Otaqları təmizləyən zaman iki bacının yazdığı məktubu tapdıq. Bu məktub bizi kövrəltməklə yanaşı həm də qürurlandırdı. İnsanların bu çətin günlərdə dəstəyimizdən razı qalması bizi məmnun edir. Koronavirusla mübarizədə "Relax" istirahət mərkəzi olaraq daim dövlətimizin və insanlarımızın yanındayıq".

pia.az 


Etiket: Məktub


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar