Çərşənbə, 14 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

"Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək" – Hafiz Hacıyev 

“Ramiz Mehdiyev bütün günü çalışır ki, ölkədə siyasi sabitlik pozulsun”.

PİA.az-ın xəbərinə görə, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

H.Hacıyev R.Mehdiyevin ölkədə xaos yaratmağa çalışdığını bildirib: “İstəyir ki, qazanılan nailiyyətlərin üstündən xətt çəkilsin. Xarici dairələrdən aldığı göstərişi yerinə yetirir, çevrilişə cəhdin başında dayanır. Ramiz Mehdiyev məqsədli şəkildə müxalifəti şişirdir. Xatırlayırsınızsa, Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edildikdən sonra müxalifəti təriflədi. Həmin müxalifət də hazırda onun müdafiəsinə qalxıb. Yeni “baba müxalifət” yaranıb. Əli İnsanov. Görün Ramiz Mehdiyev Əli İnsanovun evinə kimləri göndərir? Ramiz Mehdiyev adamları çağırıb yanına ki, niyə Hafiz Hacıyevin partiyasına gedirsiniz, filan partiyaya gedin. Nə etmək istəyirlər? Yəni hazırlaşın, aprel, may aylarında sizə komanda verəcəyik. Komanda veriləcək ki, küçələrə tökülsünlər. Biz bunları deməliyik ki, bilsinlər ki, oyunlardan xəbərimiz var. Hakimiyyətdən qovulanlar, milyardı olanlar hamısı Ramiz Mehdiyevin yanındadır. O qədər pulları var ki, bəlkə də xəbərləri yoxdur, kiflənib...”(pravda)

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

44 günlük müharibə: “İsgəndər” raketinin “Barak-8”-lə vurulması görüntüləri

Təhsil naziri icra başçısının müavininə vəzifə verdi

Navalnı Quran kitabına görə cəzaçəkmə müəssisəsini məhkəməyə verib – Foto

“Muradov Bakıya erməni terrorçuları aparmağa gəlmişdi, amma arzusu ürəyində qaldı”

“Parlament vəziyyəti müzakirə edib yekun qərar verməlidir - ya elə, ya belə” - Müsahibə

Əli Heydərovun qatili tapançanı avtobusa tullayıb

Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq? – Prezident cavabladı

Şimali Osetiyanın eks rəhbərinin oğlu Jirinovskinin oğlunu təyyarədə döydü

Ən çox oxunanalar