Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Ramil Səfərovun qəhrəmanlaşdırılması milli məqsədlərimizə uyğun deyildi"

Ramil Səfərovla bağlı Avropa Məhkəməsi qərarını açıqladı...

 

Ermənilər Macarıstan və Azərbaycan haqqında şikayət vermişdilər.

Lakin Avropa Məhkəməsi Macarıstanın heç bir pozuntuya yol vermədiyini müəyyən etdi.

Məhkəmənin qərarına əsasən, Azərbaycan Konvensiyanın 2-ci maddəsinin məzmun tərəfini pozmayıb, yəni Ramil Səfərovun əməlini ona əmr etməyib.

Eyni zamanda Ramil Səfərovun əməlinin istintaqını lazımi qaydada aparmamaqla Azərbaycan dövləti 2`ci maddənin prosedur tərəfini pozub və bu baxımdan həm də 14`cü maddəni pozub, yəni hadisəyə özünün prosedur münasibətində ayrıseçkiliyə yol verib.

Bu qərar REAL-ın 2012-ci ildə ortaya qoyduğu münasibətə yuxarı-aşağı yaxındır, baxmayaraq ki, məsələyə hüquqi deyil, siyasi və mənəvi nəzər nöqtəsindən yanaşanda Varujan Karapetyan kimi terrorçunu İrəvanda təntənə ilə, qəhrəman kimi qarşılayandan sonra ermənilərin Azərbaycana ümumiyyətlə heç bir iddiası olmamalıdır.

REAL olaraq onda bir tərəfdən dövlətin addımlarını yüksək qiymətləndirib demişdik ki, vətəndaşımız belə bir çətin vəziyyətə düşəndə onu geri almaqdan ötrü dövlət əlindən gələni etməli idi və elədi də, amma Səfərovun qəhrəmanlaşdırılması milli məqsədlərimizə uyğun olmayan qərar idi.

İlqar Məmmədov - ReAl Partiyanın sədri

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar