Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qumarxanalar kralı"nı sifarişlə öldürən Həsən Müzəffərov ömürlük "içəri getdi"...

Türkiyənin Bursa şəhərində 2019-cu ilin oktyabrında yerli “kazino kralı”, gecə klublarının sahibi Zeynel Demiri sifarişlə qətlə yetirməkdə ittiham olunan Azərbaycan vətəndaşı, 23 yaşlı Həsən Müzəffərov ömrünün qalan hissəsini həbsxanada keçirməli olacaq. Çünki məhkəmə ona və qətli sifariş verməkdə təqsirli bilinən yerli sakin İbrahim Yıldırıma ömürlük həbs cəzası kəsib.

virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, H.Müzəffərov 55 yaşlı Zeynel Demiri sahibi olduğu gecə klubundan çıxarkən güllələyib, o aldığı 3 güllə yarasından xəstəxanada keçinib. Hadisədən az sonra H.Müzəffərov və İbrahim Yıldırım tutulublar. Daha sonra onlarla əlaqəsi olan Bilal A. adlı şəxs də saxlanılıb, amma məhkəmə onun qətldə əli olmadığı qənaətinə gəlib.

İş üzrə məhkəmə ötən ilin iyununda başlamışdı. “Qumarxanalar kralı”nı öldürmək sifarişini verməkdə ittiham olunan Yıldırım məhkəmədə deyib ki, onun hadisədən xəbəri yoxdur. “Hadisə baş verən günü özümə avtomobil almaq istəyirdim. Bu məsələdə mənə kömək etməsi üçün saat 16.00 radələrində Bilal Aksoyla görüşdüm. Onunla görüşəndə yanında Həsəni gördüm. Həsənlə yaxın tanışlığım yoxdur. Həsən Elmasbahçeler məhəlləsinə çatanda avtomobildən endi. Bilalı isə yanacaqdoldurma məntəqəsində düşürdüm. Daha sonra saat 19.00 radələrində hadisə yerinə yaxın yerdə olan avtomobilə baxmağa getdim. Polisin küçəni bağladığını gördüm, Zeynel Demirin öldüyünü öyrəndim. Gecə saat 22.00 radələrində polis mənimlə əlaqə saxladı. Polisin göstərdiyi fotoşəkil Həsənə aid idi. Həsəni çağırdım, polis yaxaladı. Hadisə ilə əlaqəm yoxdur. Heç vaxt Zeynel Demirlə aramızda düşmənçilik olmayıb. Bir-birimizə “dayıoğlu deyirdik”. Həsənə onu öldürmək barədə sifariş verməmişəm”,-təqsirləndirlən bildirib.

Həsən Müzəffərov isə məhkəmədəki ifadəsində deyib ki, Türkiyəyə 7 il əvvəl gəlib. İbrahim Yıldırımı isə dörd ildir tanıyır.

“Qardaş kimiyik. Setbaşı məhəlləsində yaşayıram. Hadisə günü ya İbrahim mənimlə əlaqə saxladı, yoxsa mənmi ona zəng vurdum, bilmirəm. Avtomobili ilə gəlib məni götürdü. Avtomobildə ondan başqa heç kim yox idi. Yolüstü Bilalı görüb avtomobilə mindirdik. Məni avtovağzala aparmasını xahiş etdim, Malatyaya gedəcəkdim. Bilal maşından endi. İbrahim mənə dedi ki, Zeynel Demirlə düşmənçiliyi var. Məndə silah olduğunu bilirdi. “Zeyneli ayağından yarala”, dedi. Hadisənin baş verdiyi ərazinin yaxınlığında maşından düşdüm. Zeynel Demir gecə klubunun qarşısında dururdu. Yaxınlaşdım və silahı çəkib yerə tərəf 4 dəfə atəş açdım. Yıxıldığını görüb qaçdım. Sonra xəbərlərdən eşitdim ki, güllələr belindən dəyib. Öldürmək niyyətim yox idi”,- o deyib.

Məhkəmədə o da üzə çıxmışdı ki, kimlərsə Həsən Müzəffərov üçün həbsxanaya pul göndərir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar