Cümə axşamı, 04 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

"Qarabağ" "Sabah"a qalib gəldi

Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

PİA.az-ın məlumatına görə, "Qarabağ" "Bank Respublika Arena"da "Sabah"la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk qol 8-ci dəqiqədə vurulub. Ağdam klubundan Rahil Məmmədov fərqlənib. Birinci hissə bu hesabla başa çatıb. İkinci yarıda meydan sahibləri tarazlığı bərpa edib. 60-cı dəqiqədə Kevin Kubemba adını tabloya yazdırıb. Oyunda son nöqtəni "Qarabağ"ın heyətində Mahir Emreli qoyub. 72-ci dəqiqədə komandasını önə keçirən hücumçu vurduğu qolu "İmarət" fan-klubunun Vətən müharibəsində şəhid olmuş üzvü Məhəmmədəli İbrahimliyə həsr edib. O, qoldan sonra üzərində şəhidin şəkli olan ağ formanı nümayiş etdirib.

Bu qələbədən sonra xallarını 26-ya çatdıran "Qarabağ" 2-ci pillədəki mövqeyini qoruyub. "Sabah" isə 13 xalla sonuncu sırada qalıb.

Bu gün baş tutan digər oyunlarda "Neftçi" səfərdə "Səbail"i 3:1, "Zirə" isə evdə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura sabah keçiriləcək "Keşlə" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq. (Report)

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Karantin rejimi sərtləşdirilir? – 15 gün ərzində...

“İnsan həyasızlığının son həddini görürəm...” – Küyə getməyin! 

Azərbaycan hansı addımlar atmalıdır ki, üçtərəfli bəyanatın 4-cü bəndi tam olaraq yerinə yetirilsin?..

Ağdamda idarə rəisi minaya düşdü: Vəziyyəti ağırdır - Foto

“Karantin qaydaları sərtləşdirilə bilər” - Adil Qeybulla

Məşhur diktordan etiraf: “Qızım ərini döyürdü” – Video

Bir güllə belə atmadan 1500 ermənini zərərsizləşdirən “Hadrut fatehi” - Video

“Ərə getmək üçün uzun geyinə bilmərəm” - Səidə Sultan

Təhsil Nazirliyinin nümayəndəsi: “Üstümüzə xod gedirsən” - Video

Ən çox oxunanalar