Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ" qalib gəlib, "Neftçi" uduzub

Azərbaycan Premyer Liqasında XVII turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, eyni günə təsadüf edən turun üç görüşü Bakıda, biri isə Qəbələdə baş tutub.

Bütün matçlardan öncə Xocalı soyqırımının qurbanları 1 dəqiqəlik sükutla yad olunub. Günün ilk matçında turnir cədvəlindəki qonşular “Qəbələ” ilə “Sumqayıt” üz-üzə gəlib. Bir qolla qalib gələn meydan sahibləri rəqibi ilə xal fərqini 2-yə endirib.

Autsayderlərin duelində də turnir cədvəlindəki qonşular görüşüb. “Sabah”la “Keşlə”nin duelində komandalar hərəyə 1 qol vurmaqla 1 xal qazanıb.

Çempionatın lideri “Neftçi” yenə “Zirə” ilə qarşılaşmada büdrəyib. Cari mövsüm 5-ci dəfə rəqibinin qapısına qol vura bilməyən “ağ-qaralar” səfərdən 0:1 hesablı məğlubiyyətlə dönsə də, mövqeyini qoruyub.

Son çempion “Qarabağ” “Səbail”i qonaq edib. Ağdam təmsilçisinin futbolçuları meydana Xocalı soyqırımının 29-cu ildönümünü anmaq üçün xüsusi formalarda çıxıblar. Formanın kürəyində “#JusticeforKhojaly” (Xocalıya ədalət), qolunda isə “613” rəqəmi (Xocalı soyqırımı qurbanlarının sayı) yazılıb. Xal itirən “Neftçi”yə çatmaq üçün qalib gəlməli olan Qurban Qurbanovun yetirmələri yalnız ikinci hissədə qonaqların müqavimətini qıra biliblər.

Qeyd edək ki, növbəti turun oyunları martın 2-3-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XVII tur
25 fevral (cümə axşamı)

15:00. “Qəbələ” –“ Sumqayıt” - 1:0
Qol: Ceyms Adeniyi, 50
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev
Qəbələ”: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç 23. Rafael Utriq, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 2. Vinko Medimoreç, 10. Rövlan Muradov, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Məşqçi: Xaqani Məmmədov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 78. Dmitro Nağıyev, 11. Mehdi Şərifi, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 65. Sənan Ağayev, 37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov
Qəbələ şəhər stadionu

16:00. “Zirə” – “Neftçi” - 1:0
Qol: Davit Volkov, 67
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 12. Lazar Corceviç, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 11. Klesio Bauk, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 91. Tallison Diaz, 9. Ahmed Ahmedov, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 10. Saman Nərimancahan, 29. Sabir Buqrin, 17. Bruno Teluşi, 24. Yusuf Laval,
20. Mert Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 72. Emin Zamanov
Baş məşqçi: Samir Abasov
Zirə İdman Kompleksinin stadionu

17:30. “Sabah” – “Keşlə” - 1:1
Qollar: Fofana Tiemoko, 90+1 - Şəhriyar Əliyev, 79
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Elçin Məsiyev
“Sabah”: 12. Alvaro Villete, 19. Təmkin Xəlilzadə, 4. Bəhlul Mustafazadə (k), 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 28. Kevin Kubemba, 30. Mario Marina, 48. Dmitor Klots, 3. Zurab Oçiqava, 26. Fofana Tiemoko, 6. Şakir Seyidov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rüstəm Samiqullin, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 9. Xulio Sezar Rodriqez, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev
Baş məşqçi: Visente Qomez
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 17. Vüsal İsgəndərli, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriqes, 29. Yevgeni Koçuk, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 32. Elvin Yunuszadə, 21. Miyusko Boyoviç, 9. Anatole Abanq, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 78. Şirin Şirinov
Baş məşqçi: Sənan Qurbanov
“Bank Respublika Arena”

18:30. “Qarabağ” – “Səbail” - 1:0
Qol: Xayme Romero, 72
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Cavanşir Yusifov, Rəhim Həsənov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 9. Xayme Romero, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 19. Filip Ozobiç,
7. Kvabena Ovusu, 8. Uroş Matiç, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov
Baş məşqçi: Aftandil Hacıyev
“Azersun Arena”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar