Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ Paşinyanın ilk qurbanı olacaq" - Sergey Kurginyan

Sergey Kurginyan erməni xalqını Nikol Paşinyanı devirməyə çağırıb...

Erməni mənşəli rusiyalı politoloq, “Zamanın mahiyyəti” siyasi hərəkatının lideri Sergey Kurginyan erməni xalqını Nikol Paşinyanı devirməyə çağırıb, çünki onun fikrincə, bu, Dağlıq Qarabağın ermənilər tərəfindən itirilməsinə səbəb olacaq.

Virtualaz.org-un məlumatına görə, Kurginyan Youtube-dakı "Zamanın mahiyyəti" kanalında çıxışı zamanı deyib: “Mənim üçün cənab Paşinyan erməni xalqının faciəsidir, mənim fikrimcə, Paşinyan əhəmiyyətsiz bir şəxsdir və Ermənistan üçün olduqca zərərlidir. Erməni xalqının onu necə seçməsi mənim üçün dərin bir sirrdir.

Paşinyan boşluqdur, amma onu seçiblər. Mənim üçün Paşinyan elə iyrəncdirdir ki… Ancaq bu mənim fikrimdir. Onun taleyini Ermənistan vətəndaşları həll etməlidirlər”.

Ekspertin fikrincə, Ermənistanın Rusiya ilə bir yerdə olmaqdan başqa yolu yoxdur.

Ermənistan kimə ümid edir? Amerikaya? 1980-ci illərin sonlarına olan bu ümid hələ də yaşayır?” – deyə soruşan Kurginyan əlavə edib: “Bu, dəhşətli - erməni xalqı üçün dərin dağıdıcı və Qarabağ üçün tamamilə ölümcül bir ümiddir.

Əgər bütün baş verənlərin yekununda Ermənistan fantastik bir variantda NATO-ya üzv olarsa, görüləcək ilk iş Qarabağın Azərbaycana qaytarılması olacaq. Çünki Azərbaycan da NATO-ya üzv olacaq, ona görə ki, Zaqafqaziya heç kimə hissə-hissə lazım deyil. Ermənistanın mövcud ola biləcəyi yeganə yer Rusiya imperiya meydanıdır.

Bir ekspert və bir şəxs olaraq hesab edirəm ki, erməni xalqının yeganə vəzifəsi Paşinyanı konstitusiya yolu ilə devirmək və Ermənistanı ermənilərin milli maraqlarına cavab verən düzgün yola qaytarmaqdır. Ermənistanın rusiyayönlülükdən başqa kursu yoxdur. Belə bir seçim erməni xalqının özünü qoruması və harasa hərəkət etməsi üçün həyati əhəmiyyət daşıyır. Ancaq bu Qarabağ üçün min qat daha vacibdir, hansı ki, “Paşinyanovşinalığın” ilk qurbanı olacaq…”.

Bir müddət əvvəl 1988-ci il Sumqayıt hadisələri ilə bağlı hay-küylü bəyanatla çıxış edən Kurginyan, erməniləri azərbaycanlıların yox, beynəlxalq özəl qurumlarınn nümayəndələri tərəfindən muzdla tutulan və xaricdən gətirilən şəxslərin öldürdüyünü bildirdi və yenidən Ermənistanı SSRİ-nin dağılmasında ittiham etdi.

O deyir: "Ermənistan imperiyanın dağılmasında iştirak etdi. Və bu mənim üçün hələ də yaşadığım böyük bir kədərdir. Hesab edirəm ki, imperiyanın dağılması ona daxil olmuş bütün xalqların böyük səhvidir.

Sumqayıt talanlarına və digər şeylərə reaksiya verən qarabağlılar ayrılmaq barədə danışmağa başlayanda mən buna çox ağrılı reaksiya verdim. Mən başa düşdüm ki, bu, imperiyanın dağıdılmasının başlanğıcıdır və nəticədə Qarabağın özü də məhv olacaq. Bu barədə dərhal xəbərdarlıq etdim. Mən xəbərdarlıq edirdim ki, o alçaqlar, hansılar ki, bu “kaşanı qarışdırıblar”, nəticədə Qarabağı verəcəklər. Mən haqlıyam? Levon Ter-Petrosyan Qarabağ kartı ilə oynayaraq hansısa imkanlara sahib olan kimi onu verdi. Qarabağı dərhal atdı. İndi eyni şeyi Paşinyan edir”.

Rusiyalı politoloq həm də hesab edir ki, erməni xalqı sabiq prezident Robert Koçaryana görə mübarizəyə qalxmalıdır. Onun fikrincə, Koçaryanın azadlığa buraxılması üçün müraciət imzalanması mənasız işdir: “Robert Koçaryan həbsxanaya şüurlu şəkildə getdi, Ermənistana ora girmək üçün gəldi. O, Paşinyan rejiminin qurbanı deyil, erməni siyasətinin subyektidir. Özünün insan kimi seçimini, hansı ki, mən sonsuz hörmət edirəm, etmiş subyekt".

O vurğulayıb ki, buna görə, Koçaryanın əfv olunmasından və ya cəzasının yüngülləşdirilməsindən söhbət gedə bilməz, bu məsələnin yanlış qoyuluşudur: “Söhbət başqa şeydən gedə bilər: ya erməni xalqı ağlını başına yığacaq və cənab Paşinyan erməni siyasətçisi kimi mövcud olmayacaq, ya da o, ağlını başına yığmayacaq”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar