Çərşənbə axşamı, 30 Noyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"Qarabağ" "Kayrat"la oyunda qələbə qazanıb

"Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb. 

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda III turda Qazaxıstanın "Kayrat" klubu ilə üz-üzə gəlib. 

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanı ukraynalı FIFA referisi Yevgeni Aranovskinin başçılıq etdiyi hakimlər briqadası idarə edib. 

Komandalar ilk dəqiqələrdə çərçivəyə düşməkdə çətinlilk çəkib. 8-ci dəqiqədə qonaqların heyətində Rikardu Alveşin zərbəsi qapının üstündən keçib. Almatı klubunun hücumçusu Joze Kante 17-ci dəqiqədə cərimə meydançasında yerə yıxılaraq simulyasiyaya əl atıb. Baş hakim isə Şahruddin Məhəmmədəliyevin qaydanı pozduğunu əsas gətirərək penalti təyin edib və "Qarabağ"ın qapıçısına sarı vərəqə göstərib. 19-cu dəqiqədə topa yaxınlaşan Kante hesabı açıb. 

Ağdam təmsilçisi bu qoldan sonra hücumlarının kəsərini daha da artırıb. Rəqib isə əsasən müdafiədən oynamağa və əks-hücumlara bel bağlamağa başlayıb. 27-ci dəqiqədə İbrahima Vadji qaydanı pozduğu üçün sarı vərəqə ilə cəzalandırılıb. "Kayrat"ın qolkiperi Stas Pokatilov 33-cü dəqiqədə Filip Ozobiçin, bir dəqiqə sonra isə İbrahima Vadjinin zərbəsini dəf edib. Hissənin sonlarına kimi "köhlən-atlar"ın cinahlardan hücum qurmaq istəyi nəticə verməyib. Birinci yarının sonunda Denis Polyakovun başla zərbəsi təhlükəli olsa da, qeyri-dəqiq alınıb. 

İkinci yarıya da "Qarabağ" daha sürətli başlayıb. 53-cü dəqiqədə Kadi Borgesin uzaq məsafədən zərbəsini qapıçı çətinliklə çıxarıb. İki dəqiqə sonra isə Kevin Medina akrobatik tullanışla fərqlənmək istəsə də, buna nail olmayıb. Ardınca isə Kadi Borges toru yandan silkələyib.

70-ci dəqiqədə Vadjinin əvəzinə Ramil Şeydayev meydana daxil olub. 72-ci dəqiqədə Şahruddin Məhəmmədəliyev qola imkan verməyib. 79-cu dəqiqədə Zubirin cinah asmasından sonra Ozobiçin baş zərbəsi əvvəlcə qapıçı, sonra müdafiəçilərdən qayıdıb, Şeydayev isə özünü topa ataraq başla dəqiq zərbə vurub. Qoldan sonra ağdamlılar tam qüvvə ilə irəli atılıb. 90+1-ci dəqiqə Abbas Hüseynov görüşdə son nöqtəni qoyub. 

Beləliklə, 2:1 hesabı ilə qələbə qazanan "Qarabağ" xallarının sayını 7-ə çatdırıb, "Kayrat"ın isə 1 xalı var. 

Qeyd edək ki, H qrupunun digər oyununda Kipr "Omoniya"sı İsveçrədə "Bazel"in qonağı olacaq. Matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.     

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Polis "JEK" rəisinin otağında bıçaqlandı - DİN-dən açıqlama, yenilənib

Prezident bu nazir müavinlərini işdən çıxardı - Yeni təyinat

Rəmişin qızı ilə Gülü arasında qalmaqal böyüyür: "Qüruruma toxunub..." - Video

Dəhliz qərarı verildi, qalır rəmzi "adqoyma mərasimi" - əks halda, Ermənistan üçün "əlvida, Laçın dəhlizi!"

Aslan İsmayılovdan Səttar Möhbalıyevə həcv: “Qazini özünü öldürməyə vadar edən…”

Tanınmış ginekoloq qadına şiddətdən danışdı - Video

Deputatdan dövlət qurumuna ittiham: “300 milyonun necə xərcləndiyi məlim deyil“

Prezident “Rossiya-1” telekanalına müsahibə verib

“Futbolu məhv edən Elxan Məmmədov Prezidentlə poz verir” - Aslan Ismayilov

Ən çox oxunanalar