Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ"ın koronavirusa yoluxan kapitanı: “Sanki narkozdan təzə ayılmışam”

“Vəziyyətim artıq yaxşıdır, özümü pis hiss etmirəm”.

Bunu apasport.az saytına Azərbaycan millisinin və “Qarabağ” klubunun kapitanı Maksim Medvedev deyib.

Yığmanın düşərgəsində olarkən koronavirusa yoluxan və bu üzdən Lüksemburqda qalan 31 yaşlı müdafiəçi artıq otaqdan çıxa bildiyini söyləyib: “Yavaş-yavaş hər şey qaydasına düşür. 3-4 gündür ki, özümü yaxşı hiss edirəm. Artıq otaqdan çıxmağa da icazə verirlər. Çıxıb bir az gəzirəm. Təbii ki, 11 gün otaqda qaldıqdan sonra anidən çölə çıxmaq çətindir. Bir az başım gicəllənir, havada çox qala bilmirəm. Sanki narkozdan təzə ayılmışam”.

Medvedev bu gün yenidən test verəcəyini və Azərbaycana qayıdıb-qayıtmayacağının bundan asılı olacağını vurğulayıb: “Yavaş-yavaş məşqə başlamışam. Sadəcə testlərimin nəticəsi pozitiv çıxdığı üçün buranı tərk edə bilmirəm. Buna görə hava limanına getməyə icazə yoxdur. Bu gün yenidən test verəcəyəm və sabah nəticəsi bəlli olacaq. Bunun nəticəsinə uyğun qərar veriləcək”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar