Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ"ın baş məşqçisi: "Marsel"lə oyunda sanki o dünyaya gedib gəldim"

"Həyatda daim maraqlı anlarım olub".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

50 yaşlı mütəxəssis həyata gəlməyinin də sanki möcüzə olduğunu bildirib: "Ailədə sonuncu övladam. Bəzən düşünürəm ki, ailədə 5 övlad var idi. 6-cı olmaya bilərdi. Həmişə özümə sual vermişəm ki, görəsən, bu dünyaya niyə gəlmişəm"?

Qurbanov Bakıda Fransa "Marsel"i ilə görüşdəki feyr-pley jestindən də danışıb: "Narahat idim ki, görəsən, qərarım düzgündür? Belə bir deyim var: "Sanki o dünyaya gedib gəldim". Mən də bu hissləri yaşadım. Əllə oynayan İbrahima Vadji həssas insandır. Qol zamanı hiss etdim ki, burada şübhəli nəsə var. Vadji də tam sevinə bilmirdi. Sonra rəqibin oyunçuları ilə insident yaşandı. Hakim də qolu qeydə almışdı. İlk dəfə Vadjidən soruşanda mənə baxmadı. Rəqibin oyunçusu mənə yaxınlaşıb etirazını bildirdi. Ürəyimə gələn o oldu ki, əllə vurulubsa, o qolu qeydə almayacağam. Narahat idim, fikirləşdim ki, qol sayılmasa, 25 min azarkeş məni söyəcəkmi? Halbuki bizim qolumuz İsveçrə "Bazel"i ilə görüşdə qeydə alınmamışdı. Daha sonra Vadjidən bir neçə dəfə soruşdum və Maksim Medvedevə dedim ki, hakimə bunu bildirsin. Ondan sonra fanatların reaksiyasını gözlədim. Matçdan sonra epizodun təkrarına baxana qədər narahat idim. İcmalı izlədikdən sonra çox rahat oldum".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar