Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ"da oynamaq mənə daha rahat idi" - Donald Gerye

"Neftçi"nin haitili müdafiəçisi Donald Gerye Azərbaycan Premyer Liqasının 11-ci turunda "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb

- Yəqin ki, bu gün belə nəticə gözləmirdiniz...

- Əlbəttə, gözləmirdik. Oyuna ciddi hazırlaşmışdıq. Meydana yaxşı nəticə üçün çıxmışdıq. Bu gün 3 xal qazanmaq üçün sona qədər mübarizə apardıq. Artıq bu oyunu unutmalı və qarşıdakı matçlara hazırlaşmalıyıq.

- Bu məğlubiyyətdən sonra 3-cü sıraya düşdünüz. Bunu həm də çempionluq yarışında "Neftçi" üçün böyük zərbə hesab etmək olar?

- Düzdür, turnir cədvəlində bir pillə gerilədik. Bundan sonra daha çox çalışmalıyıq. Çempionluq mübarizəsinə gəlincə, hələ ümidimiz var. Çünki qarşıda çox oyunumuz olacaq. Mübarizəni davam etdiririk.

- Roberto Bordin mətbuat konfransında komandadan narazı qalıb və bildirib ki, futbolçular istənilən səviyyədə çıxış etmədilər. Baş məşqçinin fikirlərinə münasibətinizi bilmək maraqlı olardı...

- Bəli, baş məşqçi haqlıdır. Bu gün daha yaxşı oynaya bilərdik. Kifayət qədər vuruşmadıq. Məhz buna görə uduzduq. Növbəti oyunları daha yüksək səviyyədə keçirməliyik.

- Kənardan elə görünür ki, sanki "Neftçi"də xoşbəxt deyilsiniz...

- Unutmayın ki, "Neftçi" mənim üçün yeni komandadır. Hələ tam uyğunlaşa bilməmişəm. "Qarabağ"da futbolçularla bir-birimizi yaxşı başa düşürdük. "Neftçi"də isə yeniyəm. Düşünürəm ki, getdikcə hər şey daha yaxşı olacaq.

- Sizcə, "Qarabağ"da oynamaq asandır, yoxsa "Neftçi"də?

  • Çətin sualdır. Ancaq mənə "Qarabağ"da oynamaq daha rahat idi. Çünki bayaq da dediyim kimi, futbolçularla yaxşı anlaşırdıq. Məsələn, top Rəşadda olanda irəli çıxırdım, Almeyda mənim mövqeyimə düşürdü, Zubir isə cərimə meydançasına daxil olurdu. "Neftçi"də isə vəziyyət hələ ki, fərqlidir. Mənim üçün burada hər şey yenidir. Bu barədə əlavə nəsə deyə bilmərəm.

pia.az


Etiket: Donald Gerye


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar