Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı

"Qarabağ" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununa çıxıb.

PİA.az-ın məlumatına görə, Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçirilmiş görüşdə rəqib Norveç "Molde"si olub. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qol epizodları sarıdan kasad olan 90 dəqiqə ərzində qapılar qarşısında elə də təhlükəli vəziyyət yaranmayıb. Bununla belə, görüş "Qarabağ"ın üstünlüyü şəraitində keçib. Xüsusən, meydana çıxacağı son anda dəqiqləşən Mahir Emreli əlverişli imkandan yararlana bilməyib.

Emreli əlavə vaxtda da real imkanı qola çevirə bilməyib. Əvəzində "Molde" Donald Geryenin kobud oyunu nəticəsində 101-ci dəqiqədə penalti qazanıb. Lakin qapıçı Şahruddin Məhəmmədəliyev Etzaz Hüseynin zərbəsini dəf etməyi bacarıb.

Əlavə vaxtın ikinci bölümü də qolsuz tamamlanıb. 120-ci dəqiqədə "Qarabağ"ın kapitanı Maksim Medvedev xəsarət alsa da, oyuna davam edə bilib. Nəticədə penalti seriyasına müraciət olunub.

Bu bölümdə isə "Molde" daha dəqiq olub - 6:5.

Beləliklə, "Qarabağ" 3 ildən sonra Çempionlar Liqasında pley-offa yüksəlib. Bu isə o deməkdir ki, Bakıda Avropanın ən nüfuzlu klub turnirinin himni yenidən səslənəcək.

Rəqib isə Macarıstan "Ferentsvaroş"u olacaq. İlk oyun 22-23 sentyabrda Bakıda, cavab görüşü isə 29-30 sentyabrda Budapeştdə olacaq.(Report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar