Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qarabağ" bu gün "Sumqayıt"la qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verəcək.

PİA.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Son ölkə çempionu "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.

3 turdan sonra Ağdam klubu 4 xalla 5-6-cı, "gənclik şəhəri" təmsilçisi isə 6 xalla 1 - 3-cü yerləri bölüşdürür. "Qarabağ"ın zədəli futbolçuları Rahil Məmmədov, Mahir Emreli, Xayme Romero və Abdullah Zubir qarşılaşmada iştirak etməyəcək. "Sumqayıt"da isə qapıçı Mehdi Cənnətov eyni səbəbdən oyunu buraxacaq.

Komandalar indiyədək daxili çempionatda 31 dəfə üz-üzə gəliblər. Bunların 23-də "Qarabağ", 5-də isə "Sumqayıt" 3 xal qazanıb. 3 görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 65:14. Ağdam təmsilçisi rəqibinə qarşı son 18 matçda meydanı qolsuz tərk etməyib. "Sumqayıt" 8 qarşılaşmada yalnız 1 dəfə xal qazana bilib.

Azərbaycan Premyer Liqası, IV tur
25 sentyabr (cümə)

19:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Kapital Bank Arena”

Qeyd edək ki, turun "Keşlə - "Zirə" və "Səbail" - "Sabah" matçları sentyabrın 26-da, "Neftçi" - "Qəbələ" dueli isə sentyabrın 27-də gerçəkləşəcək.(Report)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar