Şənbə, 31 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

"Qalatasaray" "Neftçi"ni avrokuboklardan kənarlaşdırdı - Yenilənib 

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" - "Qalatasaray"a məlub olub.

PİA.az-ın məlumatına görə, Füzuli Məmmədovun baş məşqçi olduğu komanda II təsnifat mərhələsində Türkiyənin "Qalatasaray" klubunu qəbul edib.

Bakı Olimpiya Stadionundakı qarşılaşma İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk real qol vəziyyəti 13-cü dəqiqədə olub. Qapıçı Aqil Məmmədov qurtardığı top qapı dirəyinə dəyib. Qonaqlar 2 dəqiqə sonra yenidən təhlükə yaradıb. Rayan Babelin cərimə zərbəsindən vurduğu qüvvətli zərbəni qolkiper dəf edib. "Qalatasaray" 19-cu dəqiqədə Mbaye Diaqnenin başla dəqiq zərbəsindən sonra hesabı açıb.

"Neftçi" ilk təhlükəli vəziyyəti 37-ci dəqiqədə gerçəkləşdirib. Paytaxt klubunun yeni transferi Prins İbaranın zərbəsi qapının üstündən keçib. 6 dəqiqə sonra isə Yusuf Laval cərimə meydançasının içərisində dəqiq oynaya bilməyib. Birinci hissə "sarı-qırmızılar"ın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

İkinci hissənin ilk dəqiqələrində flaqman hesabı bərabərləşdirib. 46-cı dəqiqədə Mamadu Mboc başla dəqiq oynayıb. "Neftçi"nin sevinci cəmi 2 dəqiqə çəkib. 48-ci dəqiqədə Kristian Luyindama komandasını yenidən önə keçirib. 57-ci dəqiqədə Emre Kılıçın fərqlənməsinə Aqil Məmmədov mane olub. 63-cü dəqiqədə Mbaye Diaqne özünün ikinci komandasının üçüncü qoluna imza atıb.

Beləliklə, İstanbul klubu 7 ildən sonra avrokuboklarda səfər matçında qələbə qazanıb. Bu, "sarı-qırmızılar"ın beynəlxalq arenada 100-cü qələbəsidir. "Qalatasaray" avrokuboklardakı son matçını isə 2018/2019 matçında qazanmışdı.

"Qalatasaray" III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələcək.(Report)

***

“Neftçi” - “Qalatasaray” matçının ikinci hissəsinin ilk dəqiqələri iki qolla başladı.

Əvvəlcə oyunun 46-cı dəqiqəsində “Neftçi” hesabı bərabərləşdirsə də, bu qolun sevinci cəmi bir dəqiqə çəkib. Tezliklə “Qalatasaray” yenidən hesabda irəli çıxıb: 1:2.

***

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyununda birinci hissə başa çatıb.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada fasiləyə İstanbul təmsilçisi öndə yollanıb - 1:0. Mbaye Diaqne 19-cu dəqiqədə başla dəqiq oynayıb.

***

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Neftçi” - “Qalatasaray” matçında hesab açılıb.

Oyunun 19-cu dəqiqəsində “Qalatasaray”ın futbolçusu Mbaye Diaqne baş zərbəsi ilə komandasını hesabda irəli çıxarıb: 0-1

***

UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki "Neftçi" - "Qalatasaray" (Türkiyə) oyunu start götürüb.

PİA.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da başlayıb.

Qeyd edək ki, bu cütün qalibi növbəti raundda Şimali Makedoniya "Renova"sını 1:0 hesabı ilə məğlub edən Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələcək.(Report)

Oyunu canlı izləmək istəyənlər bu linkə daxil olsun: Matç

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Fransa faşistlərinin lideri ermənilər tərəfdə vuruşmaq üçün Qarabağa gəlir

Azərbaycan Ordusunun məhv etdiyi P-18 nədir? - Detallar

Paşinyanın Putinə yalvarışıba cavab gəldi - Rusiya XİN-dən açıqlama

ATƏT-in Minsk Qrupu Cenevrə danışıqları ilə bağlı məlumat yayıb

Rusiyalı hərbi ekspert: “Köçəryan sağalınca müharibə bitəcək – Azərbaycanın xeyrinə...”

Ruslar “Laçın dəhliziİ”nin qarşısında niyə yerləşiblər?

Azərbaycan ordusu Qafanda döyüşür? – Nazirlikdən açıqlama

Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başa çatıb

“Dilqəmlə Şahbazı Şuşa türməsindən çıxarıb yeraltı sığınacaqda yerləşdiriblər”

loading...

Ən çox oxunanalar