Şənbə, 25 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

"Prezidentin həyata keçirdiyi siyasətdə sosial xarakterli layihələr daha da genişlənəcək"

"Azərbaycanda həyata keçirilən siyasətdə sosial yönümlülük özünü qabarıq şəkildə göstərir. Ölkənin iqtisadi inkişaflarının artması bunu gerçəkləşdirməyə ciddi imkanlar yaradır"...

Bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hər bir vətəndaşın həyatını yaxşılaşdırmaq üçün müxtəlif sosial layihələr həyat keçirilir: "Məsələn, 2019-cu ildə ölkə əhalisinin çox hissəsinin həyat şəraitinin yaxşılaşdırılması üçün minimum əmək haqqlarının, pensiyaların iki dəfəyə qədər artırılması, dövlət tərəfindən ayrı-ayrı kateqoriyalara verilən güzəştlərin miqdarının çoxalması bu layihələrin ən əhəmiyyətlilərindəndir. Eyni zamanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bir neçə illərdir uğurla həyata keçirilən siyasət davam edir".

Ə.Əhmədov qeyd edib ki, ayrılan dövlət vəsaiti də artırılmaqdadır: "İnanıram ki, çox yaxın illərdə Prezidentin dəstəyi ilə məcburi köçkünlər yaşamaq üçün lazımi şəraiti olan evlərlə təmin ediləcəklər. Eləcə də zəlzələ nəticəsində yaşadıqları evlər qəzalı vəziyyətə düşən insanlar da bu qəbildən olan sosial layihələrlə əhatə olunublar. Bundan sonra Prezidentin həyata keçirdiyi siyasətdə sosial xarakter daşıyan layihələr daha da genişlənəcək. Məqsəd ondan ibarətdir ki, Azərbaycanın artan və genişlənən imkanlarından hər bir vətəndaşın daha çox faydalanmasını təmin etmək mümkün olsun, hər bir vətəndaş üçün daha layiqli həyat şəraiti yaradılsın".

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar