Şənbə, 23 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

"Paşinyan Əliyevə cavab verə bilmir, çünki..." - Erməni general

“Təslim aktını imzalayan şəxs (Ermənistan baş naziri) qələbə qazanan ölkənin liderinə (Azərbaycan prezidenti) qarşı çıxa bilməz”.

PİA.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru general Artur Vanetsyan deyib.

General Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə cavab vermək iqtidarında olmadığını bildirib. O, hesab edir ki, Əliyevə cavab verə bilməyən Paşinyanın ya məğlubiyyət kompleksi var və onu aşa, cavab verə bilmir, ya da onun qarşısında üzərinə götürdüyü öhdəlikləri var: “Bunlara görə susur”.

Vanetsyanın sözlərinə görə, Paşinyan qaranlıq qalan bütün suallara cavab verməlidir: “Bu gün geri çəkilmə əmri verilir və Azərbaycan qoşunları Geğarkunik bölgəsi ilə sərhədlərə yerləşdirilir. Bu, eynən Laçına da aiddir. Yəni Ermənistanda təhlükəsizliklə məşğul olan bir dövlət yoxdur”.

General Azərbaycan qoşunlarının Ermənistan sərhədlərini keçdiyini iddia edib: “Sərhədləri müəyyənləşdirmək üçün aydın mexanizmlər var və bunlar bütün dünyada istifadə olunan mexanizmlərdir. Xəritələr var, demarkasiya tədbirləri var, insanlar gedib konkret ölçülər aparıb dövlət sərhədini çəkirlər.

Yenə deyirəm: Paşinyan bunu Əliyevlə razılaşaraq edir, çünki onun qarşısında öhdəlikləri var”.

Artur Vanetsyana görə, Ermənistan hər mənada dərin böhranın içindədir və böhrandan çıxmağın yeganə yolu hökuməti zərbəsiz, tez dəyişməkdir:

“Paşinyan hakimiyyətdən uzaqlaşdırılmalıdır. Ölkəni bu çətin vəziyyətdən çıxara biləcək yeni bir komanda qurulmalıdır. De-fakto inanıram ki, Paşinyan baş nazir olaraq artıq mövcud deyil, sadəcə bir siyasi cəsəddir. Amma o qədər həyasızdır ki, hər şəkildə kürsüsündən yapışmağa və hakimiyyəti qorumaq üçün mümkün olan hər şeyi etməyə çalışır. Ancaq cəmiyyətin geniş dairələrində Paşinyanın getməsi üçün açıq bir tələb formalaşıb”. (Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Həkim-psixiatr: “Koronavirusa qarşı vaksin mövcud deyil” - Müsahibə  

Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb

Kamran Əliyev məşhur prokuroru vəzifədən azad etdi - Yeni təyinat

"Bunu hüquq mühafizə orqanları da bilir" - Kəmaləddin Heydərovla bağlı açıqlama

Azad Rəhimov ABŞ-da əməliyyat olunub və komaya düşüb - Yenilənib

“Mənim evimdə erməni yoxdur” – Əli Həsənov

“Bu Azərbaycan xalqına meydan oxumaqdır, Azərbaycanı oyuncaq dövlətə çevirməkdir” - İlham İsmayıl

Mehri dəhlizinin “qapısı” Azərbaycana qaytarılır

Pənah Hüseyn Nemət Pənahlıya “dana” dedi – Video

“Hökumət daxilində təhlükəli mafiya var...” - Müşfiq Ələsgərlidən sensasiyalı açıqlama

Ən çox oxunanalar